top
Ayxan Abbasov: Qarabağa qarşı aqressivlik olmadan oynamaq qeyri-mümkündür (Şamaxı - Qarabağ matçı sonrası) Idman.biz
10 fevral 2026, 19:44
- +

Ayxan Abbasov: "Qarabağ"a qarşı aqressivlik olmadan oynamaq qeyri-mümkündür" (Şamaxı - Qarabağ matçı sonrası)

Azərbaycan Premyer Liqasının 19-cu turunda "Qarabağ"a qarşı matçda (1:2) "Şamaxı" pis mübarizə aparmayıb.

İdman.Biz xəbər verir ki, bunu Şamaxı komandasının baş məşqçisi Ayxan Abbasov oyundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis məğlubiyyətin üzücü olduğunu qeyd edib.

"Hava şəraitini nəzərə alsaq, bu meydançada xarakter göstərmək lazım idi. İlk hissə oyun baxımından daha çətin keçdi, amma ikinci hissədə hava bir az düzəldi. Ümumilikdə "Qarabağ" kimi rəqibə qarşı pis mübarizə aparmadıq", - Abbasov bildirib.

O, komandanın son dəqiqələrdə konsentrasiyanı itirdiyini bildirib.

"Təəssüf ki, bu çempionatda ən böyük problemlərimizdən biri oyunun sonlarında qol buraxmağımızdır. Futbolçuları buna görə xəbərdar edirik ki, konsentrasiya sona qədər olmalıdır. Biz futbolçuların inkişafını istəyirik, çünki gələcəkləri üçün bu vacibdir. Son dəqiqədə mütləq qorunmaq lazımdır, orada elə böyük bir epizod da yox idi, amma təəssüf ki, boşluq verdik", - baş məşqçi əlavə edib.

Abbasov "Qarabağ"a qarşı aqressiv oyunun vacibliyini vurğulayıb.

"Qarabağ"a qarşı aqressivlik olmadan oynamaq qeyri-mümkündür. Təkcə onlara qarşı deyil, bütün oyunlarda bu formada olmaq istəyirik. Bəzi oyunlarda bu alınmır. Futbolçuların bəzilərində bu çatışmır. Amma "Şamaxı" ilk turdan xarakter göstərir. Kubokun cavab oyununda bundan da çoxunu etməliyik", - o, deyib.

Mütəxəssis son dəqiqələrdəki əvəzləmələrə də aydınlıq gətirib:

"Oruc özü dəyişiklik istədi, Kərim isə yorulmuşdu. Burada səhv futbolçularda deyildi, müdafiə xəttində konsentrasiyamız çatmadı. Həmin vaxt müdafiə xəttinə əl dəymədik, hətta Abdulla yorulsa da, onu çıxarmadım ki, belə oyunda müdafiədə dəyişiklik çətin olur. Bu tək fərdi futbolçulara deyil, komanda olaraq hamıya aiddir".

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:07

Sportinq Lissabon Monakonu yoldaşlıq oyununda məğlub edib

Futbol
Bu gün, 00:48

Neftçi qadın futbol komandası Çempionlar Liqasındakı mübarizəsini dayandırdı

Futbol
Bu gün, 00:15

Fiorentina Yuventusun müdafiəçisi Joao Mario ilə maraqlanır

Güləş
Dünən, 23:56

Azərbaycan karateçiləri WUKF dünya çempionatında 4 medal qazandı

Futbol
Dünən, 23:41

PSJ Suzukini transfer etmək üçün Şevalyeni satmaq istəyir

Futbol
Dünən, 23:10

Endrikin „Real“dan getmə ehtimalı var

Futbol
Dünən, 22:55

Vilyarreal PSV-ni yoldaşlıq oyununda məğlub edib

Futbol
Dünən, 22:09

Arsenal Vinisiusu almaq variantını nəzərdən keçirir

Futbol
Dünən, 21:58

Neftçi qadın futbolçuları PAOK-a uduzdu

Formula 1
Dünən, 21:38

Lyuis Hemilton Piastrini maneə törətdiyinə görə cəzalandırıldı

Voleybol
Dünən, 21:23

Türkiyə qadın milli voleybol komandası Millətlər Liqasının finalına yüksəlib

Futbol
Dünən, 21:08

„Fənərbağça” Rafael Leao və Ermedin Demiroviçlə bağlı transfer şayiələrini yalanladı

Futbol
Dünən, 20:59

Şahdağ Qusar kamerunlu yarımmüdafiəçi Arsene Daudanı transfer edib

Futbol
Dünən, 20:54

Kəpəz" klubu zambiyalı futbolçunu heyətinə qatdı

Basketbol
Dünən, 20:39

FİBA-nın keçmiş prezidenti Horasio Muratore vəfat edib

Minifutbol
Dünən, 20:25

Qəbələ və Şəfa yoxlama oyununda heç-heçə etdi

Futbol
Dünən, 20:25

Bayer Offenbaxın Regional Liqa klubunu məğlub edib

Digər
Dünən, 19:43

Fərid Qayıbov V Milli Yaylaq Festivalının əhəmiyyətindən danışdı

Futbol
Dünən, 19:08

Lui Openda “Yuventus”a icarəyə verilib

Futbol
Dünən, 18:49

"Çelsi" Kərim-Sam Alaybeqoviçi almaq üçün 30 milyon avrodan çox pul ödəməyə hazırdır

Futbol
Dünən, 18:30

Rodri “Real Madrid”ə keçid üçün razılıq verdi

Futbol
Dünən, 18:13

Macarıstan çempionatında qapıçı səhvi ilə qol

Futbol
Dünən, 17:58

Tennisçi Dominik Tim futbolçu karyerasına başlayıb

Futbol
Dünən, 17:50

Cannluici Donnarumma dəbdəbəli toy edib

Oxşar xəbərlər