"Ayntraxt Frankfurt"un yeni baş məşqçisi müəyyənləşib.
İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Frankfurt təmsilçisini Albert Riera çalışdıracaq. 43 yaşlı mütəxəssislə 2028-ci ilin yayınadək müqavilə imzalanıb.
Albert Rieranın son klubu Slovenyanın "Selye" klubu olub.
"Ayntraxt" Bundesliqanın turnir cədvəlində 19 oyundan sonra 27 xalla 8-ci yerdədir.