Serbiya millisinin üzvü Filip Kostiç Avro-2024-ün qarşıdakı oyularını buraxacaq.
Sport24.az xəbər verir ki, bu barədə Serbiya Futbol Federasiyası məlumat yayıb. Kostiç Avro-2024-ün qrup mərhələsinin 1-ci turunda İngiltərə ilə matçın ilk hissəsində sıradan çıxmışdı.
Tibbi müayinədən sonra onun sol dizində zədə aşkarlanıb. 31 yaşlı yarımmüdafiəçi ən az 2 həftə oynaya bilməyəcək. Buna görə də o, komandanın düşərgəsini tərk edəcək.