top
Autsayderdən çempiona - TƏHLİL İdman.biz
11 iyun 2024, 10:41
- ↺ +

Autsayderdən çempiona - TƏHLİL

Azərbaycan çempionu "Qarabağ"ın yeni transferi Fabiyan Buntiç peşəkar karyerasında 3-cü klubunda çıxış edəcək.

İdman.biz xəbər verir ki, Almaniya vətəndaşı olan 27 yaşlı xorvat bunadək yalnız iki klubda forma geyinib.

Ştutqartdan olan gənc
Almaniyanın Ştutqart şəhərində anadan olan Fabiyan futboldakı ilk addımlarını da burada atıb. Şəhərin aşağı səviyyəli klubları "Vaihingen" və "Ştutqarter Kikkers"də çıxış edən yeniyetmə artıq 15 yaşında diqqəti cəlb edib. Nəticədə şəhərin ən köklü klubu olan "Ştutqart" onu heyətinə cəlb edib. Buntiç burada 4 il keçirsə də, əsas komandaya qədər yüksələ bilməyib.

Millidən dəvət
"Ştutqart"ın aşağı yaş qrupları üzrə komandasında xorvat qapıçının peyda olması Balkan ölkəsində də diqqətdən yayınmayıb. Fabian Xorvatiya millisinə dəvət alıb. O, öncə U-18, ardınca U-19-da çıxış edib. Amma dünya futboluna onlarla, yüzlərlə istedad bəxş edən ölkənin daha yuxarı yığmalarına – U-21 və əsas milliyə yüksəlmək onun üçün mümkünsüz olub. Yığmalarda 13 matça çıxan Buntiç U-19-lar arasında AVRO-2016-nın seçmə oyununda qapısını toxunulmaz saxlayıb.

Perspektiv axtarışında
"Ştutqart"da perspektiv görməyən və heyətə düşə bilməyəcəyini dərk edən xorvat aşağı liqa klubu "İnqolştadt"a keçib. Üç il Regionalliqada çıxış edən ikinci komandada forma geyinən qolkiper 2018-ci ilin dekabrında 21 yaşında peşəkar səviyyədə debüt şansı qazanıb. 2-ci Bundesliqada 22 oyunda 42, 3-cü Liqada 73 matçda 78 top buraxan Fabiyan 2021-ci ilin fevralında Köln "Viktoriya"sına qol da vurub. O, uzatma dəqiqələrində komandasına 2:1 hesablı qələbə qazandıran topun müəllifi olub. 2021/22 mövsümündə "İnqolştadt" 2-ci Bundesliqada sonuncu yeri tutub və aşağı dəstəyə yuvarlanıb.

Batan gəmini tez tərk etdi
İlk peşəkar klubu "İnqolştadt" öz liqasını tərk edən kimi Buntiç də komandayla vidalaşıb. 6 il əvvəl "Ştutqart"dan azad agent kimi gələn qolkiper yenə eyni statusla klubunu dəyişib. O, Almaniyadan kənarda legioner həyatı yaşamaq üçün Portuqaliyaya üz tutub. Öz komandası ilə 3-cü liqaya yuvarlanan Buntiç 2022-ci ilin yayında yüksək dəstə təmsilçisi "Vizela"nın futbolçusuna çevrilib.

Pireneydə debüt
Daim aşağı liqalarda oynamasına baxmayaraq Fabiyanın daha yüksək səviyyəyə uyğunlaşması çətin olmayıb. "Vizela"da dərhal "1 nömrə"yə çevrilən çempionatın 34 turundan 33-də əvəzolunmadan meydanda yer alıb. O, 37 top buraxıb. Ortabab imici qazanan komandası 11-ci yeri tutub.

Yenə zirzəmi
Portuqaliyadakı ikinci il Fabiyan üçün yaxşı alınmayıb. Qolkiper 34 turdan 28-də şans qazanıb. O, çempionatda 59 qol buraxıb ki, bu da Buntiçin karyerasında ən uğursuz mövsüm olub. Qapıçı kimi komandası da uğursuzluğa düçar olub. Turnir cədvəlinin zirzəmisində qərarlaşan komanda 18 klub arasında 17-ci olub. Bununla da Buntiç iki ildən sonra yenə komandası ilə birlikdə aşağı dəstəyə yuvarlanıb. Almaniyada 2-ci Bundesliqadan 3-cü liqaya düşən qapıçı Portuqaliyada Primeyranı tərk edib. Karyerası ərzində yüksək dəstədə 61 matçda 96 qol buraxan qapıçı indi özü üçün yeni mərhələyə qədəm qoyur. Autsayderlərin qolkiperi artıq öz ölkəsinin hegemonunun formasını geyinəcək. Son üç mövsümdə 2 dəfə aşağı dəstəyə düşən qapıçı 11 ildə 10 çempionluq yaşayan komandanın ümidlərini doğrultmalıdır. Fabiyan həm də avrokuboklarda debütünü bu yay gerçəkləşdirəcək.

Qeyd edək ki, Buntiç "Qarabağ"la 3 illik müqavilə imzalayıb.

https://youtu.be/8ejqO2Hchik?si=zOKx4BgJhxKokduH

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:11

Çexiya millisi baş məşqçisinin Yamalın çıxmaması ilə bağlı açıqlaması

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Basketbol
Bu gün, 01:50

Neftçi basketbol komandası Mikonosun beş oyunlu qələbə seriyasına son verdi

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Dünən, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Dünən, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Dünən, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Dünən, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Dünən, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Futbol
Dünən, 20:58

Chelsea qapıçısı Robert Sançes 400 min dollarlıq Ferrari-ni qəzaya saldı - FOTO

Futbol
Dünən, 20:43

Kurtua: “Alonsoya daha çox vaxt verilsə, hər şey alınardı”

Oxşar xəbərlər