Madrid "Atletiko"su La Liqanın 11-ci turunda səfərdə "Levante"ni məğlub edib.
İdman.Biz xəbər verir ki, Valensiyadakı "Siutat de Valensiya" stadionunda keçirilən qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçın 36-cı dəqiqəsində Alexandro Qrimaldo hesabı açıb. 62-ci dəqiqədə isə Culiano Simeone ikinci qolu vuraraq yekun nəticəni müəyyənləşdirib.
Bu qələbə ilə Dieqo Simeonenin komandası La Liqada ardıcıl yeddinci uğuruna imza atıb.
Xalını 28-ə çatdıran "Atletiko" turnir cədvəlinin birinci pilləsinə yüksəlib. "Levante" isə on xalla 16-cı sırada qərarlaşıb.
Qeyd edək ki, Madrid təmsilçisi növbəti turda, noyabrın 8-də "Barselona"nı qəbul edəcək. "Levante" isə həmin gün səfərdə "Selta" ilə qarşılaşacaq.