top
“Atletik”ə qarşı oynamış millinin sabiq futbolçusu: “Bütün Azərbaycan “Qarabağ”dan qələbə gözləyir” Idman.biz
22 oktyabr 2025, 16:29
- +

“Atletik”ə qarşı oynamış millinin sabiq futbolçusu: “Bütün Azərbaycan “Qarabağ”dan qələbə gözləyir”

"UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda bu gün "Atletik"ə qarşı oynayacaq (İspaniya) "Qarabağ"dan hər kəs qələbə gözləyir".

Bunu "Report"a açıqlamasında, Azərbaycan millisinin və "İnter"in (indiki "Şamaxı") sabiq futbolçusu Elnur Abdullayev deyib.

2015/2016 mövsümündə "İnter"in heyətində "Atletik"ə qarşı oynamış sabiq yarımmüdafiəçi "Qarabağ" üçün çox çətin olacağını söyləyib:

"Öncə "Qarabağ"a uğurlar arzulayıram. Ümid edirəm ki, qələbə bizim olacaq. Bütün Azərbaycan komandadan qələbə gözləyir. Hazırda "Qarabağ" daha üstün durumda - 6 xalla İspaniyaya yollanıb. Lakin "Atletik"in yaxşı kollektiv olduğunu deyə bilərəm. UEFA Çempionlar Liqasında əvvəlki iki oyunda məğlub olublar. Onlar üçün demək olar ki, final matçıdır. "Qarabağ" üçün çox çətin oyun olacaq. Çünki "Atletik" evdə oynayacaq".

Veteran futbolçu İspaniya klubunun indi daha güclü olduğunu vurğulayıb:

"Atletik"də İnyaki və Niko Uilyams qardaşları var, təhlükəli futbolçulardır. Ümumiyyətlə, "Atletik" indi daha güclü komandadır. Əsasən təmsil etdikləri bölgənin oyunçularına üstünlük verirlər. "Qarabağ"ın yeganə üstünlüyü odur ki, səfərdə daha yaxşı oynayır. Bütün səfər oyunlarını izləmişəm. Bakıda azarkeş təzyiqii və başqa səbəblərdən həyəcanlı olurlar. Səfərdə isə daha uğurlu çıxış edirlər. Hər halda, düşünürəm ki, "Qarabağ" bu gün uduzmayacaq. Komanda öz oyunu ilə azarkeşləri həmişə qələbəyə inandırıb".

Qeyd edək ki, "Atletik" - "Qarabağ" matçı Bilbaodakı "San Mames" stadionunda, Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
18 avqust 2026, 12:31

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə

Futbol
17 avqust 2026, 12:24

"Sumqayıt"ın ev məğlubiyyətləri 100-ə çatdı

Basketbol
17 avqust 2026, 11:20

Neftçi Azərbaycan millisinin gənc basketbolçusunu transfer edib

Futbol
17 avqust 2026, 10:20

Nyukasl „Vilyarreal“dan Jorj Mikautadzeni transfer etməyə çalışır

Futbol
17 avqust 2026, 09:25

Arsenalın baş məşqçisi Mikel Arteta Premyer Liqada çempion titulunu qorumaq haqqında danışdı

Futbol
17 avqust 2026, 09:20

Portuqaliya çempionatında oyun təxirə salınıb

Qarabağ FK
17 avqust 2026, 09:10

Rodriqo 2027-ci ilin əvvəlinə qədər “Real”da meydana çıxa bilməyəcək

Qarabağ FK
17 avqust 2026, 09:00

Qarabağ Şamaxı ilə qarşılaşır

Futbol
17 avqust 2026, 08:40

Arsenalın müdafiəçisi İngiltərə Super Kubokunda ən sərfəli qolun müəllifi olub

Futbol
17 avqust 2026, 08:20

Yuventus Tottenhemin qoluçusunu icarəyə götürür

Futbol
17 avqust 2026, 08:00

Şotlandiya milli komandasının yeni baş məşqçisi Sebastyen Pokonyoli oldu

Futbol
17 avqust 2026, 07:15

Sebastyan Pokonyoli Şotlandiya milli komandasının yeni baş məşqçisi təyin edilib

Futbol
17 avqust 2026, 06:14

Joze Mourinyo yoldaşlıq matçında zərbədən göyəribeb

Futbol
17 avqust 2026, 05:20

Ceymi Vardi Braziliyada karyerasını davam etdirə bilər

Futbol
17 avqust 2026, 04:18

Kriştianu Ronaldu və Corcina Rodrigesin toy mərasimi keçirib

Futbol
17 avqust 2026, 03:13

Mikel Arteta İngiltərə Superkubokunda “Arsenal”ı məğlubiyətə uğratdı

Futbol
17 avqust 2026, 02:05

Pari Sen-Jermen altıncı dəfə Fransa Superkubokunu uduzub

Futbol
17 avqust 2026, 01:47

Latsio İtaliya Kubokundan kənarlaşdı

Futbol
17 avqust 2026, 01:26

Rüfət Abdullazadənin komandası Toto Kubokunun yarımfinalında məğlub olub

Futbol
17 avqust 2026, 01:06

Rəşad Sadıqov “Şəfa” ilə matç haqqında danışdı

Futbol
17 avqust 2026, 00:48

Zirə Şəfanı 2:0 hesabı ilə məğlub etdi

Futbol
17 avqust 2026, 00:48

Zirə „Şəfa“ı məğlub etdi

Futbol
17 avqust 2026, 00:45

Lans Fransa Superkubokunu qazandı

Futbol
17 avqust 2026, 00:25

Türkiyə Superliqası: Nəriman Axundzadə debüt edib, “Beşiktaş” çətin qələbə qazanıb

Oxşar xəbərlər