top
Aston Villanın Çempionlar Liqası vəsiqəsi və İngiltərədən iştirakçı sayı: İcmal Idman.biz
23 may 2026, 14:56
- ↺ +

"Aston Villa"nın Çempionlar Liqası vəsiqəsi və İngiltərədən iştirakçı sayı: İcmal

İngiltərə Premyer Liqasında(İPL) son tur bir neçə vacib məsələyə aydınlıq gətirəcək.

İdman.Biz xəbər verir ki, artıq çempionluq məsələsi həll olunub: "Arsenal" mövsümün qalibi olub, "Mançester Siti", "Mançester Yunayted" və "Aston Villa" isə Çempionlar Liqasına vəsiqəni təmin ediblər.

Lakin "Aston Villa"nın turnir cədvəlindəki yekun mövqeyi İngiltərədən Çempionlar Liqasına neçə komandanın gedəcəyini müəyyənləşdirəcək.

Əgər "Aston Villa" dördüncü yeri qorusa, Çempionlar Liqasına Premyer Liqa vasitəsilə vəsiqə qazanacaq, UEFA reytinqinə görə əlavə vəsiqə isə beşinci yerdəki "Liverpul"a veriləcək.

Əgər "Birmingem" klubu beşinci yeri tutsa, Avropa Liqasının qalibi kimi Çempionlar Liqasına gedəcək. Bu halda əlavə vəsiqə altıncı pillədəki "Bornmut" və ya "Brayton"a keçə bilər.

"Mançester Siti" – "Aston Villa"

Turun mərkəzi oyunu "Etihad" stadionunda keçiriləcək, burada "Mançester Siti" "Aston Villa"nı qəbul edəcək. Meydan sahibləri üçün mövsüm çempionluq mübarizəsi baxımından faktiki olaraq artıq başa çatıb, lakin Unai Emerinin komandası üçün bu qarşılaşma böyük əhəmiyyət daşıyır.

"Aston Villa"ya dördüncü yeri qorumaq üçün məğlub olmamaq kifayətdir. Məğlubiyyət halında Birmingem təmsilçisi "Liverpul" – "Brentford" matçının nəticəsini gözləməli olacaq. Əgər mersisaydlılar qələbə qazansalar, "Liverpul" xalların sayına görə "Aston Villa"ya çatacaq və daha yaxşı top fərqi hesabına rəqibini qabaqlayacaq. Məhz həmin halda İngiltərə Çempionlar Liqasında altı komanda ilə təmsil oluna bilər.

Əlavə edək ki, bu görüş Pep Qvardiolanın "Mançester Siti"nin baş məşqçisi kimi son matçı olacaq. Bu səbəbdən "şəhərlilər" çalışacaqlar ki, öz məşqçilərini layiqli şəkildə yola salsınlar.

"Tottenhem" – "Everton"

"Tottenhem" üçün son tur Premyer Liqada qalmaq mübarizəsinə çevrilib. Komanda heç-heçə edərsə, elitada yerini qoruyacaq.

"Vest Hem" – "Lids Yunayted"

"Vest Hem" yalnız qələbə qazanaraq və "Tottenhem"in məğlubiyyətini gözləyərək Premyer Liqada qala bilər.

38-ci turun oyunları (Bakı vaxtı ilə 19:00)

"Brayton" – "Mançester Yunayted"

"Bernli" – "Vulverhempton"

"Kristal Pelas" – "Arsenal"

"Fulhem" – "Nyukasl"

"Liverpul" – "Brentford"

"Mançester Siti" – "Aston Villa"

"Nottingem Forest" – "Bornmut"

"Sanderlend" – "Çelsi"

"Tottenhem" – "Everton"

"Vest Hem" – "Lids Yunayted"

Turnir cədvəli (38-ci turdan əvvəl)

1."Arsenal" – 82

2."Mançester Siti" – 78

3."Mançester Yunayted" – 68

4."Aston Villa" – 62

5."Liverpul" – 59

6."Bornmut" – 56

7."Brayton" – 53

8."Çelsi" – 52

9."Brentford" – 52

10."Sanderlend" – 51

11."Nyukasl" – 49

12."Everton" – 49

13."Fulhem" – 49

14."Lids Yunayted" – 47

15."Kristal Pelas" – 45

16."Nottingem Forest" – 43

17."Tottenhem" – 38

18."Vest Hem" – 36

19."Bernli" – 21

20."Vulverhempton" – 19

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:28

Sabah

Futbol
Bu gün, 19:20

Puxaç Yamalın Sabah-Barcelona mətnində iştirak etməyəcəyi xəbərinə videoda şərh verdi;

Futbol
Bu gün, 19:14

Okan Buruk: “Xəyallarımıza çatmaq üçün vacib fürsətdir”

Futbol
Bu gün, 19:11

Espanyol çempionatın təqviminə qarşı narazıdır

Futbol
Bu gün, 19:07

“Barselona” oyunçuları hakimə təzyiq göstərir

Futbol
Bu gün, 19:07

PSJ “Atletiko”nın hücumçusu Xulian Alvaresi transfer planı

Cüdo
Bu gün, 19:02

Azərbaycanlı cüdoçu qızlar tarixi Qran-pridə mübarizə aparacaqlar

Futbol
Bu gün, 19:00

Azərbaycan çempionatında kütləvi dava - Heç yerdə olmayan ŞOK VİDEO!

Futbol
Bu gün, 18:59

4:0-a şərh: “Daha çox qol vura bilərdik”

Futbol
Bu gün, 18:52

“Qalatasaray”ın müdafiəçisi rusiyalı futbolçu haqqında danışdı: “Ona sadəcə vaxt lazım idi”

Futbol
Bu gün, 18:52

Emeri: “Meydanın vəziyyəti bəhanə olmamalıdır”

Futbol
Bu gün, 18:32

Mourinyo Vinisiusdan danışdı: “O, yenidən ən yüksək səviyyəsinə qayıdacaq”

Futbol
Bu gün, 18:29

Qalatasaray, Viktor Osimhen olmadan Aston Villa ilə oynayacaq

Tennis
Bu gün, 18:25

Ölkə kubokunda 100-dən çox tennisçi mübarizə aparır

Futbol
Bu gün, 18:22

“Mançester Yunayted”dən qırmızı vərəqə ilə bağlı etiraz

Futbol
Bu gün, 18:22

Emre Mor Sağlamlıq Problemləri Nəqlində Futbola Ara Vermək İstəyir

Futbol
Bu gün, 18:20

“Onun baxışları ilə razılaşdım, buna görə də bura gəlməyə qərar verdim”

Futbol
Bu gün, 18:17

“Sabah” “Barselona” və “Vilyareal” qarşısına Makkartisiz çıxacaq

Futbol
Bu gün, 18:06

Dördüncü divizionun istedadı “Barselona”nın heyətində Bakıda debüt edə bilər – İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 18:00

Baş məşqçi postuna təsdinləndi, üzərində BÖYÜK ÖHDƏLİK götürdü

Futbol
Bu gün, 18:00

Napoli"nin futbolçusu Antonio Verqara "Torino"ya qarşı matçda sakatlanıb

Basketbol
Bu gün, 17:53

Erhan Toker: LANDAU Lions-də zədə problemləri davam edir, oyunçu dəyişikliyi barədə qəti qərar yoxdur

Futbol
Bu gün, 17:40

“Qəbələ”nin bazar dəyəri daha böyük, “Şəfa”nın iddiaları nəticələrlə uyğun gəlmir

Futbol
Bu gün, 17:40

CAS-ın qərarı sabah Mərakeşi, yoxsa Seneqalı sevindirəcək?

Oxşar xəbərlər