"Aston Villa" "Frayburq"la oyunda daha bir qol vurub.
İdman.Biz xəbər verir ki, 58-ci dəqiqədə Morqan Rocers hesab arasındakı fərqi artırıb - 3:0.
23:49
"Aston Villa" "Frayburq"la oyunda daha bir qol vurub.
İdman.Biz xəbər verir ki, 45+3-cü dəqiqədə Emiliano Buendia hesab arasındakı fərqi artırıb.
23:44
UEFA Avropa Liqasının finalında "Aston Villa" "Frayburq"la oyunda irəli çıxıb.
İdman.Biz bildirir ki, 41-ci dəqiqədə Yuri Tilemans hesabı açıb - 1:0.
23:00
İstanbulda 2025/26 UEFA Avropa Liqasının finalı keçirilir.
İdman.Biz-in məlumatına görə, turnirin həlledici matçında Almaniyanın "Frayburq" klubu "Beşiktaş Park"da İngiltərənin "Aston Villa" klubu ilə qarşılaşır.
Oyunun hakimi fransız Fransua Leteksyedir.
09:24
Almaniyanın "Frayburq" futbol komandası UEFA Avropa Liqasının 55-ci finalında İngiltərənin "Aston Villa" futbol komandası ilə qarşılaşacaq.
İdman.Biz xəbər verir ki, həlledici oyun bu gün Türkiyənin İstanbul şəhərindəki "Beşiktaş Park" stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bu duel Avropa Liqasında mövsümün son və ən vacib matçı olacaq. "Frayburq" tarixində ilk dəfə qitə miqyaslı finalda mübarizə aparacaq. "Aston Villa" isə uzun fasilədən sonra (1982-ci il) UEFA turnirlərində həlledici oyun həyəcanı yaşayacaq.
Finalın qalibi yalnız UEFA Avropa Liqasının kubokuna sahib çıxmayacaq, həm də 2026/2027 mövsümündə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq.
Matçı Fransadan olan referi Fransua Leteksye idarə edəcək.