top
Aslan Kərimovdan millimizə pozitiv yanaşma: “Ümid var” İdman.biz
09 iyun 2024, 10:32
- ↺ +

Aslan Kərimovdan millimizə pozitiv yanaşma: “Ümid var”

"Matçın ümumi gedişatı, oyunçuların fərdi performansına baxanda pozitiv durumdur. Çünki biz Avropa çempionatına yollanan komandadan daha çox hücumlar edirdik".

Bunu İdman.Bizə Azərbaycan millisinin sabiq futbolçusu Aslan Kərimov deyib.

Veteran futbolçu yığmamızın Albaniyaya 1:3 hesabı ilə uduzduğu yoldaşlıq oyununu şərh edib. O, məğlubiyyətin əsas səbəblərini açıqlayıb: "Qol imkanlarını tamamlaya bilmirdik. Bunun səbəblərindən biri həlledici məqamları icra edən futbolçularımızın oyun praktikasının az olması idi. Öndə oynayan Ramil Şeydayev, Mahir Emrelinin əzimkarlığına söz ola bilməz. Çox istəkli idilər. Praktikalarının az olması istər-istəməz həlledici məqamlarda qol vurmağımıza mane olurdu. Oyunun belə alınmasının digər səbəbi isə Albaniyanın düşdüyü "ölüm qrupu"nda tətbiq edəcəyi oyun strategiyasını yoxlamaqları oldu. 1-ci hissədə bir qədər dominant oynamaq istədilər. Düzdür, qol da vurdular. Bu qol onların yaradıcılığı yox, bizim səhvimiz sayəsində reallaşdı".

Kərimovun sözlərinə görə, rəqibin üstün tərəfləri matçda aşkar görünüb: "İkinci hissədə albanlar bir qədər geriyə çəkildi və əsas gücü olan əks-hücumlarda oynamağa başladı. Avropa çempionatında da onlar bütün rəqiblərinə qarşı belə mübarizə aparacaqlar. Belə oyunlarda dominant oynasaq da, rəqibin əks-hücumlarına hazır olmalıyıq. Amma bunu bacarmadıq. Albaniya millisinin futbolçuları fərdi baxımdan bizdən daha üstün görünürdülər. Təbii ki, bunda onların əksəriyyətinin İtaliya çempionatında oynamaları özünü göstərir. Birə-birlərdə bizi rahat keçirdilər. Millimizdə bu cür gedişlər çatışmırdı. Belə bir komandaya qarşı bu qədər qol imkanı yaradırıqsa, demək hər şey itməyib. Ümid var".

Qeyd edək ki, Azərbaycan növbəti yoldaşlıq oyununu Qazaxıstana qarşı keçirəcək. Matç iyunun 11-də baş tutacaq.

Emin Ağa
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:15

Barselona, 20 milyon avroluq 18 yaşlı müdafiəçi Rud Neystadı hədəfə alıb

Futbol
Bu gün, 04:11

Çexiya millisi baş məşqçisinin Yamalın çıxmaması ilə bağlı açıqlaması

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Basketbol
Bu gün, 01:50

Neftçi basketbol komandası Mikonosun beş oyunlu qələbə seriyasına son verdi

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Dünən, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Dünən, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Dünən, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Dünən, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Dünən, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Futbol
Dünən, 20:58

Chelsea qapıçısı Robert Sançes 400 min dollarlıq Ferrari-ni qəzaya saldı - FOTO

Oxşar xəbərlər