top
Aslan Kərimov: “Musanı Belçika, Niderland və ya Danimarka klublarında görmək istəyərdim” İdman.biz
16 iyun 2024, 10:26
- ↺ +

Aslan Kərimov: “Musanı Belçika, Niderland və ya Danimarka klublarında görmək istəyərdim”

"Bir futbolçunun inkişafı üçün İsveç də bir mərhələ deyil. Buradan Avropanin digər klublarına transfer olunmaq daha rahat ola bilərdi".

Bunu İdman.bizə veteran futbolçu Aslan Kərimov deyib.

O, "Yurqorden"dən ayrılan Musa Qurbanlının yenidən "Qarabağ"a qayıtmasını şərh edib. Onun sözlərinə görə, yığma üzvünün İsveçdə qala bilməməsinin bəlli səbəbləri var: "Məşqçi dəyişikliyi, psixoloji məsələlər, ölkə və yaxınlar üçün darıxma amili burada rol oynaya bilər. Onun oynadığı futbol yeni məşqçinin fəlsəfəsinə uyğun gəlmədiyi üçün hücumçumuzdan imtina etdilər. Düşünürəm ki, daha yüksək səviyyədə oynamaq istəyirlərsə, "Qarabağ" bir mərhələ olacaq. Yəqin ki, başqa təkliflər almadığından Ağdam klubu yenidən hansısa liqaya keçidindən tranplin rolunu oynayacaq".

Kərimov Musanın Azərbaycan çempionunun heyətində uzun müddət qalmayacağını da deyib: "Juninyo kimi bir hücumçunun "Qarabağ"da yer aldığını nəzərə alsaq, Musanın uzun müddət forma şansı qazanması çətin görünə bilər. Üstəlik, komandada Nəriman Axundzadə kimi digər gənc hücumçu var. Onlar hər ikisi şans qazanmaq üçün gərək Olaviodan daha yaxşı oynasınldar. Amma düşünürəm ki, Musa formadan düşməmək üçün "Qarabağ"a qayıdıb. Juninyo nə vaxtsa getsə Qurbanlının şansı artacaq. Amma artmaqdan, böyüməkdən ötrü İsveç də göstərici deyil. Musa Qurbanlını Belçika, Niderland və ya Danimarka klublarında görmək istəyərdim. Belə bir ölkələrin komandalarda oynamaq şansı var. Bəlkə də "Ayaks"da oynamaq çətin olar, amma Niderlandın digər klublarında rahat oynaya bilər. Bunun üçün də peşəkarlıq lazımdır. Özünü sübut etməli, qol vurmalıdır. Bunda da bəxt məsələsi də rol oynayır. Düşünürəm ki, Musanın qayıtmasının səbəbi hər zaman "Qarabağ"da qalmaq yox, yenidən harasa getmək üçün keçid mərhələsidir".

Qeyd edək ki, "Qarabağ" 22 yaşlı forvardla üç illik müqavilə imzalayıb.

Emin Ağa
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Basketbol
Bu gün, 01:50

Neftçi basketbol komandası Mikonosun beş oyunlu qələbə seriyasına son verdi

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Dünən, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Dünən, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Dünən, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Dünən, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Dünən, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Futbol
Dünən, 20:58

Chelsea qapıçısı Robert Sançes 400 min dollarlıq Ferrari-ni qəzaya saldı - FOTO

Futbol
Dünən, 20:43

Kurtua: “Alonsoya daha çox vaxt verilsə, hər şey alınardı”

Futbol
Dünən, 20:19

Nenad Vukçeviç Azərbaycan U‑19 komandası 7:2 qələbəsindən sonra ikinci hissədə tempi azaldığını bildirib

Qarabağ FK
Dünən, 20:01

“Qarabağ” “Kəpəz” qarşılaşması üçün Azərsun Arena’da məşq başladı – FOTO/VİDEO

Oxşar xəbərlər