FİFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri Arsen Venger AFFA-nın dəstəyi ilə Bakıda təşkil olunan master-klassda Misli Premyer Liqası klublarının və milli komandaların məşqçiləri ilə görüşüb. Sport24.az xəbər verir ki, master-klass zamanı gənc istedadların inkişafı, müasir futbolun trendləri və məşqçilikdə yeni yanaşmalar müzakirə olunub.
Arsen Venger iştirakçılarla öz təcrübəsini bölüşüb.
Görüşdə iştirak edənlər arasında Azərbaycan milliinin baş məşqçisi Ayxan Abbasov, "Sabah"ın çalışdırıcısı Valdas Dambrauskas, "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev, U-21 millisinin baş məşqçisi Rəşad Eyyubov, eləcə də Arif Əsədov, Vaqif Cavadov və başqaları olub.