"Sabah"ın hücumçusu Aron Maludanın Misli Premyer Liqasının VIII turunda "Zirə"nin qapısına vurduğu qol tarixə düşüb.
İdman.Biz xəbər verir ki, oyunun 45+2-ci dəqiqəsində fərqlənən fransalı oyunçu "bayquşlar"ın bütün turnirlərdə vurduğu 400-cü qolun da müəllifi olub.
Bu, Maludanın "Sabah"dakı ilk qoludur.
Qeyd edək ki, "Sabah" – "Zirə" oyunu birincilərin 3:0 hesablı qələbəsi ilə bitib.