top
Arne Slot Qarabağ matçı öncəsi mətbuat konfransında danışdı Sport24.az
27 yanvar 2026, 20:50
- ↺ +

Arne Slot "Qarabağ" matçı öncəsi mətbuat konfransında danışdı

"Liverpul"un baş məşqçisi Arne Slot UEFA Çempionlar Liqasında "Qarabağ"la sabah keçiriləcək matçla əlaqədar mətbuat konfransı təşkil edilib. Sport24.az xəbər verir ki, o, əsas futbolçuların durumu, komandanın hazırkı vəziyyəti və oyun planı barədə danışıb.

 

Niderlandlı mütəxəssisin sözlərinə görə, müdafiəçiləri Co Qomez və İbrahima Konate "Qarabağ"la matçda oynamayacaqlar:

 

"Co sabahkı oyunda iştirak edə bilməyəcək. Konateylə danışdım və bilirik ki, o, çətin günlər keçirir (bugünlərdə atası vəfat edib - red.). Onun tezliklə geri dönməsinə ümid edirəm, amma sabah üçün yox".

 

O, Premyer Liqada hazırkı mövqelərinə görə təzyiqləri dayandırmağın çox çətin olacağını bildirib:

 

"Bir neçə oyun qazanmağımız belə səs-küyü dayandırmaz. Belə klublarda çempionluq uğrunda mübarizə aparmırsınızsa, bu təzyiqi dayandırmaq mümkün deyil".

 

Mütəxəssis ÇL-də bir və ya iki pillə fərqinin o qədər də önəmli olmadığını qeyd edib:

 

"Həm Çempionlar Liqası, həm də Premyer Liqada mübarizə aparmaq bizim üçün çətindir. ÇL oyunlarından sonra çox matçda xal itirdik".

 

Slot bildirib ki, Çempionlar Liqasının Liqa mərhələsini ilk "dördlük"də bitirmək istəyirlər və "Qarabağ"a qarşı yaxşı hazırlaşıblar:

 

"Qalib gəlmək istəyirik. Lakin heyətdə zədəli futbolçularımız var. "Bornmut"a qarşı matçda əsas heyətin 11 futbolçusuna şans verməyə bilməzdim. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan çempionatında keçirdikləri son matçda bunu edib. Eyni şeyi mən təkrarlaya bilməzdim".

 

Slotun sözlərinə görə, "Qarabağ" öz bacarığını bu mövsüm güclü komandalara göstərib:

 

"Rəqibin heyətində sürətli futbolçular var. Topla rahat rəftar edirlər. "Qarabağ" öz bacarığını bu mövsüm güclü komandalara göstərib. Onlar asanlıqla məğlub ediləcək rəqib deyil. Hətta "Qarabağ" bu mövsüm Çempionlar Liqasında "Çelsi"yə qarşı matçda 2:2 hesablı heç-heçəyə nail olub. Bu da onu göstərir ki, qitənin ən nüfuzlu klub turnirində zəif komanda yoxdur. Bizim cari mövsüm Çempionlar Liqasında qarşılaşdığımız bütün komandalar güclü olub".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:25

"Şamaxı" - "Qəbələ" matçının start heyətləri açıqlandı

Futbol
Bu gün, 13:25

Niklas Fyullkruq Bundesliqada Miroslav Klozenin rekordunu təkrarladı

Digər
Bu gün, 13:24

Neymar Dubaylı Armaf brendi ilə qlobal tərəfdaşlıq müqaviləsi imzalayıb

Futbol
Bu gün, 13:18

Vüsal İsgəndərli: "Millidə dəvət edilməməyimin ən böyük səbəbkarı özüməm, Abbasov haqlıdır"

Digər
Bu gün, 13:15

Kanada Rusiyalı idmançılara görə iki yarışdan məhrum edildi

Futbol
Bu gün, 13:13

"Çelsi"də uğursuz nəticələrə baxmayaraq Xabi Alonsoya dəstək davam edir

Futbol
Bu gün, 13:01

İsmail Hacıoğlu: "Atam Fənərbağça futbolçusuydu, mən isə Qalatasaraylıyam"

Futbol
Bu gün, 12:59

Sima 38 dəqiqədə penta-trikə imza atdı

Futbol
Bu gün, 12:48

"Mançester Siti" qapıçısı Donnarumma ilə yollarını ayırmağı planlaşdırır

Futbol
Bu gün, 12:47

"Barselona" 18‑yaşlı müdafiəçi İlyas Hidaui ilə maraqlanır

Futbol
Bu gün, 12:31

"Real"ın klub televiziyası Bellingemin veçə epizodunu Yamalın penaltısı ilə müqayisə edərək VAR-a etiraz edib

Futbol
Bu gün, 12:25

Vətən müharibəsi qazisi "Sabah" klubu bilet qiymətinə tənqid etdi

Digər
Bu gün, 12:25

«Buxarestdə keçirilən yeniyetmələr arası Avropa birinciliyində Azərbaycanın 2 taekvondoçusu bürünc medal qazanıb»

Futbol
Bu gün, 12:22

Ramin Əhmədov Özbəkistan klubuna keçə bilər

Futbol
Bu gün, 12:20

"Kəpəz" güclənməlidir – VİDEO

Cüdo
Bu gün, 12:20

Bakıda həvəskar MMA və pankration dünya çempionatı başa çatdı

Şahmat
Bu gün, 12:00

Türküstanda qızıl medal qazanan şahmatçılarımız Vətənə qaytarıldı

Futbol
Bu gün, 11:55

"Şəfa" qış fasiləsində üç yeni oyunçu alacaq — bir legioner, iki yerli

Futbol
Bu gün, 11:51

Muslera, Uruguay qapıçısı, 40 yaşında karyerasına son verdi

Futbol
Bu gün, 11:48

Estudiantes, Palmeyrası məğlub edərək Libertadores kubokunu qazandı

Güləş
Bu gün, 11:41

Kanada, Rusiya idmançılarının neytral statusda iştirakına icazə verməsi səbəbindən iki beynəlxalq su idmanı turnirindən məhrum edildi

Futbol
Bu gün, 11:35

"İnter" baş məşqçisi Kivu: "Məqsədimiz uğurlu mövsümü təkrarlamaqdır"

Futbol
Bu gün, 11:30

Joao Feliks "Əl-Nəsr"dən Avropaya qayıtmaq istəyir

Futbol
Bu gün, 11:29

Azərbaycanın U-19 qadın futbol millisi Avropa çempionatı seçməsində Şimali Makedoniya ilə qarşılaşacaq

Oxşar xəbərlər