top
Arif Əsədov: Yerli mütəxəssislərə güvənmək, vaxt vermək lazımdır Sport24.az
11 iyun 2024, 20:36
- ↺ +

Arif Əsədov: "Yerli mütəxəssislərə güvənmək, vaxt vermək lazımdır"

Bu gün milli komandamız Macarıstanın Sombathey şəhərində Qazaxıstan yığması ilə yoxlama görüşündə əzmkar qələbə (3:2) qazanıb. Yığmanın baş məşqçisi Arlf Əsədov oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Sport24.az-ın Macarıstana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 54 yaşlı öncə matçla bağlı fikirlərini bölüşüb.


- İstərdim ki, futbolçuarımı təbrik edim. Xarakter göstərdilər. Mövsümün sonudur, həm psixoloji, həm fiziki yorğunluq var. Bunlara baxmayaraq, xarakter göstərib 0:2-dən 3:2 etdik. Bu münasibətilə komandamıza təşəkkür edirəm. Hamı əlindən gələni etdi ki, psixoloji problem olmasın. Təəssüf ki, ilk standart vəziyyətdən qol buraxdıq. Futbolçulara təlimat verəndə demişdik ki, onların ən təhlükəli vəziyyətləri standartlardı. Qorxduğumuz başımıza gəldi. Növbəti qolu əks-hücumda buraxdıq. Amma xarakter göstərib qalib gəldik. Hamını təbrik edirəm.


- Əsl sağ cinah müdafiəçisi olanda, komanda daha yaxşı oynayıdığını hiss etdiniz? Amin Seydiyev ən yaxşılardan idi...
- Yoldaşlıq görüşlərinin önəmi odur ki, hansısa eksperimentlər apara bilirik. Millətlər Liqasının oyunlarında baş məşqçi gələcəksə, o da biləcək ki, hansı formada komanda necə oynaya bilər. Bəzi mövqelərdə oyunçulardan istifadə edə bilərik.

- Sizi mənfi mənada düşündürən və müsbət mənada sevindirən məqam nədir?
- Mənfi odur ki, Albaniyaya qarşı da yaxşı oynadıq. Azı heç-heçəyə layiq idik. Müsbət cəhətlər çoxdur. Komandada xarakter formalaşdı, birlik var. O baxımından gələcəyə ümidlə baxırıq.


- Oyunun startında komanda iki dəfə qol buraxır. Komanda sınmır, amma futbolçular oyuna gec girir. Yəqin ki, bu mənfi tendensiya sizə də xoş deyil...
- Təbii ki, dedikləriniz heç də yaxşı hal deyil. Amma standart vəziyyətdən qol buraxdıq, Albaniya ilə görüşdə də səhvdən sonra buraxdıq. Oyuna başlayanda konsentrasiyanı artırmaq lazımdır.


- Hiss etdiz ki, komanda bu gün futbol ictimaiyyəti tərəfdən daha çox sevilir?
- Hamımız yazılanları oxuyuruq. Albaniyaya uduzsaq da, komandaya ictimaiyyət və media tərəfdən inam var. Bu, futbolçulara da təsir edir. Bu oyunda da futbolçular əvəzini ikiqat verməyə çalışdı.


- Millidə baş məşqçi əvəzi kimi çalışırsız, komanda pis futbol oynamır. Bəlkə AFFA rəhbərliyinə deyəsiz ki, elə qarşıdakı Millətlər Liqasına millini siz çıxarasız?
- Çalışıram ki, öz işimi görüm, əməlimlə işimi göstərim. Dörd ildir ki, millidəyəm. Həmişə düşünürdüm ki, dörd ildir millidə köməkçiyəm. Mən ümumiyyətlə, yalnız yığmada köməkçi işləyərəm, klublarda heç vaxt. Həmişə düşünürdüm ki, heç kim düşünməsin gəlirəm millidə günümü yola verirəm, kölgə altında gizlənirəm. Xarici məşqçilər olanda da, onlara da əlimdən gələn köməkliyi göstərirdim. Məni milliyə AFFA təyin edib. Deyirdim ki, hansısa şans düşsün, mən onun əvəzini məşqçi kimi verə bilim. Dörd oyundur ki, komandanı meydana çıxarmışam. Azdan-çoxdan çalışdım ki, etimadı doğruldum.


- AFFA rəhbərliyində olsaydınız, Arif Əsədovu baş məşqçi postunda saxlayardız?
- Bu suala cavab vermək çətindir. Tək özüm üçün demirəm. Milli məşqçiləri təmsil edirəm. Bizdə də gənc məşqçilər var. Maarifləndirmədə də çalışıram, yeni potensiallı məşqçilərə dəstək olaq. Yerli mütəxəssislərə güvənmək, vaxt vermək lazımdır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:11

Çexiya millisi baş məşqçisinin Yamalın çıxmaması ilə bağlı açıqlaması

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Basketbol
Bu gün, 01:50

Neftçi basketbol komandası Mikonosun beş oyunlu qələbə seriyasına son verdi

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Dünən, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Dünən, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Dünən, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Dünən, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Dünən, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Futbol
Dünən, 20:58

Chelsea qapıçısı Robert Sançes 400 min dollarlıq Ferrari-ni qəzaya saldı - FOTO

Futbol
Dünən, 20:43

Kurtua: “Alonsoya daha çox vaxt verilsə, hər şey alınardı”

Oxşar xəbərlər