top
Arif Əsədov: Heç kimin kənarda qalmaması üçün geniş heyət yığmadıq Sport24.az
28 may 2024, 10:45
- +

Arif Əsədov: "Heç kimin kənarda qalmaması üçün geniş heyət yığmadıq"

"Heç kimin kənarda qalmaması üçün geniş heyət yığmadıq". Sport24.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov deyib.

 

AFFA-nın rəsmi saytına açıqlama verən çalışdırıcı yığmanın təlim-məşq toplanışının proqramı barədə danışıb və açıqlanan heyətlə bağlı fikirlərini bildirib: "U-21-in 3 üzvü iyunda Qazaxıstanla keçiriləcək ikinci yoldaşlıq görüşü üçün əsas milliyə çağırıla bilər. Hər mövqeyə iki futbolçu cəlb etməyi məqsədəuyğun bildik. Heç kimin kənarda qalmaması üçün geniş heyət yığmadıq. Heyətdə yer alanların hamısına şans vermək istəyirik. 24 oyunçudan əlavə ehtiyat qüvvə də nəzərdə tutulub. Qapıçı Yusif İmanov, müdafiəçi Cəlal Hüseynov və hücumçu Nəriman Axundzadə iyunun 7-də Slovakiya ilə səfərdə keçiriləcək yoldaşlıq görüşündə 21 yaşadək futbolçulardan ibarət milli komandamızın heyətində olacaqlar. Ehtiyac yaransa, onları Slovakiya ilə qarşılaşmadan sonra A milliyə cəlb edə bilərik".

 

53 yaşlı məşqçi hazırlığa mayın 30-da başlanılacağını deyib. Ancaq o, ilk günlərdə tam heyətin bir arada olmayacağını söyləyib: "Bütün ölkələrdə mövsümün sonudur. Azərbaycan Premyer Liqasında da mübarizə iki gün əvvəl bitdi. Qarşıda yalnız ölkə kubokunun final görüşü var. Türkiyədə oynayan futbolçularımız üçün də mövsüm bitdi. Ancaq bəzi oyunçularımızın çıxış etdikləri liqalar davam edir. Yer aldıqları çempionatlarda mövsüm bitən futbolçularımız mayın 30-dan iyunun 1-nə kimi toplanışa qatılacaqlar. İyunun 2-si istirahət günü olacaq. Ancaq iyunun 3-dən etibarən tam heyətlə təlim-məşq toplanışına başlayacağıq. Azərbaycan Kubokunun finalında oynayacaq "Qarabağ" və "Zirə"nin oyunçuları, eləcə də müdafiəçi Anton Krivotsyuk və hücumçu Musa Qurbanlı iyunun 3-də kollektivə qoşulacaqlar. Yarımmüdafiəçi Emil Mustafayev Bakıya tez gəlsə, mayın 30-dan etibarən məşqlərdə iştirak edə biləcək. Digər yarımmüdafiəçi Coşqun Diniyev və hücumçu Vüsal İsgəndərli bir neçə gündür buradadırlar. Onlar məşqçilərimizin verdiyi əlavə məşq proqramı əsasında hazırlaşırlar".

 

Arif Əsədov 3 futbolçunun zədə səbəbindən heyətdən kənarda qaldığını sözlərinə əlavə edib: "Hücumçu Renat Dadaşovda mikrozədə var. İndidən müalicəyə başlamalıdır ki, yeni mövsümə qədər tam hazır ola bilsin. Həkimlə məsləhətləşdikdən sonra onu çağırmamaq və müalicə alması üçün imkan yaratmaq qərarına gəldik. Yarımmüdafiəçi Eddi İsrafilovun da zədə ilə bağlı problemi var. Premyer Liqanın son turundakı oyun "Neftçi" üçün böyük önəm daşıdığından, İsrafilov həmin görüşə iynələrin köməkliyi ilə çıxmışdı. Həm onu, həm də zədəsi olan digər yarımmüdafiəçi Filip Ozobiçi kollektivə cəlb etmədik".

 

O, bəzi futbolçuların dəvət edilməməsinə və heyətə 4 qapıçının cəlb olunmasına da aydınlıq gətirib: "Hücumçu Namik Ələskərov uzunmüddətli zədədən qayıtdıqdan sonra yalnız klubunun son iki oyununda start heyətində meydana çıxmışdı. Hər mövqeyə də 2 oyunçu çağırıldığından, bu dəfə digərlərinə şans verməyi lazım bildik. Ozan Can Kökçü ilə bağlı durum da eynidir. Uzun müddətdir bizimlədir, çoxdandır tanıyırıq. Bu dəfə Vüsal İsgəndərlini sınamaq qərarına gəldik. "Sumqayıt"da iki mərkəz müdafiəçisini diqqətimizdə saxlamışdıq – Murad Xaçayev və Elvin Bədəlov. Bu dəfə Bədəlovu heyətə cəlb etdik. Müdafiənin mərkəzində daha 3 oyunçumuz var. Mövsümün sonu olduğu üçün futbolçularda yorğunluğun olması normaldır. Bunu nəzərə alaraq, hər ehtimala qarşı 4 qapıçıya dəvət göndərmişik. Onlar da klublarının heyətində çox oyun şansı əldə edənlərdir".

 

Qeyd edək ki, Azərbaycan milli komandası iyunun 7-də Bakı vaxtı ilə saat 21:00-da Albaniya ilə, 11-də isə saat 18:00-da Qazaxıstanla yoldaşlıq görüşündə qarşılaşacaq. Hər iki oyun Macarıstanın Sombatxey şəhərindəki "Haladas SportKomplexum"da keçiriləcək.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:21

Bağırov "Qəbələ"nin qələbəni daha çox istəməsindən danışdı

Futbol
Bu gün, 19:18

Sumqayıt və Neftçi matçı bərabərliklə başa çatdı

Futbol
Bu gün, 19:18

Misli Premyer Liqası: "Sumqayıt" - "Neftçi" oyunu - hesab bərabərləşdi (1:1)

Gimnastika
Bu gün, 19:15

"AGF Trophy 2026": Azərbaycan gimnastları uğurlu nəticələr əldə etdilər

Futbol
Bu gün, 19:07

Sumqayıtda "Sumqayıt" - "Neftçi" oyununda hesab açıldı: 0-1

Gimnastika
Bu gün, 19:03

Bakı Kubokunun birinci mərhələsi uğurla başa çatdı: qaliblər müəyyənləşdi - FOTO

Futbol
Bu gün, 18:57

"Bavariya" - "Real" oyununa hakim təyinatı: Maykl Oliver qarşılaşmanı idarə edəcək

Futbol
Bu gün, 18:56

"Fənərbaxça" Brozoviçi transfer etməyə yaxındır

Futbol
Bu gün, 18:43

Sxadadze: "Futbolçulara dedim ki, özünüzə inanın, daha yaxşı oynaya bilərsiniz"

Futbol
Bu gün, 18:38

"Sumqayıt" - "Neftçi": "Neftçi" hesabda önə çıxdı - CANLI

Futbol
Bu gün, 18:37

Sumqayıt - Neftçi oyununda hesab açıldı: Varqas penaltidən fərqləndi

Futbol
Bu gün, 18:26

Vüsal İsgəndərlinin "Partizani"si məğlub oldu

Futbol
Bu gün, 18:22

La Liqa: "Xetafe" "Atletik" Bilbaonu məğlub etdi (2:0)

Futbol
Bu gün, 18:15

Bellinqemin "Bavariya" ilə oyunda start heyətində yer almayacağı ehtimalı

Gimnastika
Bu gün, 18:12

Azərbaycan gimnastları "AGF Trophy"də 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıblar

Futbol
Bu gün, 18:01

"Sumqayıt" - "Neftçi": Oyun başladı

Futbol
Bu gün, 17:59

"Sumqayıt" - "Neftçi" oyunu başladı: Misli Premyer Liqasının 26-cı turu CANLI

Futbol
Bu gün, 17:57

"Karvan-Yevlax" oyununun biletləri satışdadır: qiymətlər 3 manatdan başlayır

Futbol
Bu gün, 17:51

Superliqa: "Samsunspor" və "Konyaspor" arasında dörd qollu heç-heçə

Tennis
Bu gün, 17:42

"Şüa İdman Kompleksi"ndə stolüstü tennis yarışına start verildi

Futbol
Bu gün, 17:42

"Kəpəz" - "Qəbələ" oyununda həkimin qeyri-adi hərəkəti - VİDEO

Futbol
Bu gün, 17:31

Misli Premyer Liqası: "Qəbələ" səfərdə "Kəpəz"ə qalib gəldi

Futbol
Bu gün, 17:27

"Liverpul" Harri Uilsonu geri qaytarmaq istəyir

Futbol
Bu gün, 17:27

"Qəbələ" "Kəpəz"i 2:0 hesabı ilə məğlub etdi

Oxşar xəbərlər