top
Arif Əsədov: Neftçi üçün uğur çempionluq və kubok qazanmaq deməkdir. - MÜSAHİBƏ Idman.biz
20 mart 2026, 19:20
- +

Arif Əsədov: "Neftçi" üçün uğur çempionluq və kubok qazanmaq deməkdir. - MÜSAHİBƏ

"Neftçi" üçün uğur həmişə çempionluq və kubok qazanmaq deməkdir".

Bunu "Neftçi"nin 89 illiyi münasibətilə klubun keçmiş futbolçusu və məşqçisi Arif Əsədov AZƏRTAC-a müsahibəsində deyib.

Veteran müdafiəçi "ağ-qaralar"ın Azərbaycan futbolundakı yeri, komanda ilə bağlı xatirələri, SSRİ dövrü ilə müasir "Neftçi"ni müqayisəsi və klubun gələcək hədəfləri barədə fikirlərini bölüşüb.

Həmin müsahibəni təqdim edirik.

- Arif müəllim, martın 18-də Azərbaycan futbolunun flaqmanı olan "Neftçi"nin 89 yaşı tamam oldu. Bir "Neftçi"li kimi bu rəqəm sizin üçün nəyi ifadə edir?

- İlk öncə bütün "Neftçi" camiəsini, həm indiki dövrdə olanları, həm də keçmişdə bu klubda oynamış, işləmiş və əziyyəti olmuş bütün insanları təbrik etmək istəyirəm. "Neftçi" Azərbaycan futbolunun flaqmanıdır. Burada oynamaq və ya işləmək hər bir futbolçunun və məşqçinin arzusu olub. Bu baxımdan "Neftçi" böyük klubdur və bu ənənə bu gün də davam edir. Təbii ki, bu illər ərzində komandanın qazandığı uğurlar olub, müxtəlif dövrlərdə həm qələbələr, həm də məğlubiyyətlər yaşanıb. Amma bütün bunlara baxmayaraq, "Neftçi" hər zaman orada oynamış hər bir futbolçu və işləmiş hər bir məşqçi üçün yadda qalan, unudulmaz xatirələrlə dolu olub. Bu klub ilə keçirdiyi illər hər kəs üçün xüsusi və dəyərlidir.

- Siz bu klubda həm futbolçu, həm də məşqçi kimi böyük uğurlar qazanmısınız. "Neftçi" forması ilə yaddaşınıza həkk olunan ən özəl an hansıdır?

- Düzdür, futbolçu kimi yetişməyimdə Neftçi"nin böyük payı olub, həmçinin məşqçi kimi də eyni sözləri demək olar. Yəni, həm futbolçu kimi peşəkar addımlarımı "Neftçi"də atmışam, həm də məşqçi kimi ilk klub səviyyəsində fəaliyyətimi burada başlamışam və uğurlarım da olub. Bu baxımdan, yadda qalan uğurlar bunlardır: futbolçu kimi üç dəfə çempionluq və iki dəfə kubok qazanmışam. Məşqçi kimi də həm əvəzedici heyət, həm də əsas komandanı çempion etmişəm. Bütün bunlar təbii ki, nəticə etibarilə yaddaşlarda qalacaq xatirələrdir. Bu illər ərzində çoxlu yaxşı və yaddaqalan hadisələr olub. Zaman-zaman "Neftçi"də oynamışam, sonra başqa klubda, Rusiyada çıxış etmişəm, amma futbolçu karyeramın böyük hissəsi bu komandada keçdiyi üçün çoxlu xatirələr var. Burada bir yerdə oynadığım dahi futbolçular da olub. Bu baxımdan "Neftçi" futbol həyatımın ayrılmaz bir parçasıdır.

- Klubun SSRİ çempionatındakı o möhtəşəm ab-havası ilə müstəqillik illərindəki "Neftçi"ni müqayisə etsəniz, nələr deyərdiniz? O ruhu qorumaq bu gün nə dərəcədə mümkündür?

- Təbii ki, SSRİ dövründə "Neftçi" yeganə klub idi ki, Azərbaycanı SSRİ çempionatında təmsil edirdi. Bütün Azərbaycan futbol camiəsinin gözü "Neftçi"də idi. O vaxt "Neftçi"də çıxış etmək çox çətin idi. Azərbaycanda həmişə çoxlu istedadlı futbolçular olub, amma "ağ-qaralar"da oynamaq hər kəsə nəsib olmurdu. Belə deyirdilər ki, futbolçu "Neftçi"dən keçməyibsə, o, yarımçıq futbolçu sayılırdı. Yəni, o dönəmdə "Neftçi"yə xüsusi hörmətlə baxılırdı. Ona görə də orada oynamaq hər bir futbolçu üçün böyük şərəf idi və çoxlarına bu nəsib olmurdu. İndiki dövrdə vəziyyət bir az fərqlidir, çünki hazırda Premyer Liqada 12 klubumuz var və hər birinin öz azarkeşləri mövcuddur. Amma o zaman bütün Azərbaycan "Neftçi"yə azarkeşlik edirdi. Hazırda "Neftçi"yə yanaşma bir az fərqlidir. Bu dönəmlərdə həm uğursuzluqlar, həm də uğurlar olub. Düşünürəm ki, hazırda bir qədər "Neftçi ruhu" zəifləyib, amma yaxın illərdə bunun yenidən canlanmasına şahid olacağıq. İstərdim ki, hazırda komandaya dəvət olunan legionerlər, istər məşqçilər, istərsə də futbolçular bu ruhu yaxşı dərk etsinlər. Onlara izah etmək lazımdır ki, "Neftçi" Azərbaycanın böyük klubudur və burada oynamaq hər adama nəsib olmur. Ona görə də qələbə ruhunu daim qoruyub saxlamaq lazımdır.

- Gələn il klubun 90 illik böyük yubileyidir. Sizcə, "Neftçi" 90 yaşını hansı zirvədə qarşılamalıdır?

- "Neftçi" üçün uğur həmişə çempionluq və kubok qazanmaq deməkdir. Mənim dünyagörüşümdə ikinci, üçüncü və ya dördüncü yerlər uğur kimi qiymətləndirilməməlidir. Bu komanda həmişə zirvədə olmalıdır. Sovet dövründə də, müstəqil dövrdə də əsas prioritet bu olub. Ona görə də arzulayıram ki, gələn il "Neftçi" çempion olsun və ya kuboku qazansın, beləliklə 90 illik yubiley möhtəşəm əhvali-ruhiyyədə keçsin. Bu, bütün "Neftçi"sevərlərin ürəyində olan arzudur.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 23:24

Qəbələdə Neftçi 3 qolla qalib gəldi - Video icmalı

Qarabağ FK
Dünən, 23:05

Qurban Qurbanov: “1:0 qələbə aldıq, lakin bəzi futbolçular uzun fasilədə istirahətə üstünlük verirlər”

Futbol
Dünən, 18:26

Gəncəbasar 2 oktyabrda Kəpəzlə təlim mərkəzində yoxlama oyunu keçirəcək

Futbol
Dünən, 14:31

Karvan‑Yevlax futbolçusu Ruslan Voronsovla yollarını ayırdı;

Şahmat
Dünən, 11:54

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan kişi və qadın yığmaları üçüncü turda İsveçrə və İsveçlə üz-üzə

Futbol
Dünən, 11:11

Libertadores Kubokunda yarımfinal cütləri açıqlanıb: Flamenqo‑Estudiantes, Palmeyras‑Fluminense qarşılaşacaq

Formula 1
Dünən, 10:05

Formula-1 Qran-prisi zamanı Bakıda yol hərəkəti cədvəli açıqlanıb

Futbol
Dünən, 10:00

“Sumqayıt”da zədəli vitse‑kapitan Roy Kehat komanda ilə məşqlərə qayıdır

Boks
Dünən, 09:48

Azərbaycanın iki boksçusu Avropa çempionatında qələbə qazandı

Qarabağ FK
Dünən, 09:10

Qarabağ – Şəfa: Misli Premyer Liqasının 6-cı turunun ilk oyun günü

Futbol
Dünən, 04:53

“Bavariya” “Benfika”nın mərkəz müdafiəçisi Tomas Arauxonu transfer etmək istəyir

Digər
Dünən, 03:31

İsveçin keçmiş dünya hokkey çempionu Hans Tvillinq 98 yaşında vəfat etdi

Futbol
Dünən, 01:02

Beşiktaş Avropa Liqası I turunda Marsel'i 4:1 hesabı ilə məğlub etdi

Futbol
17 sentyabr 2026, 23:54

“Qəbələ”nin yeni baş məşqçisi Yeton Beqiri təqdim edildi

Qarabağ FK
17 sentyabr 2026, 23:48

Misli Premyer Liqası VI turun hakim heyəti açıqlanıb

Olimpiada
17 sentyabr 2026, 22:25

Azərbaycan Atletika Milli Komandasının yeni məşqçi təyinatı

Futbol
17 sentyabr 2026, 19:37

Kəpəz – Sumqayıt qarşılaşması üçün 4000 bilet satılıb, azarkeş marağı yüksəkdir

Futbol
17 sentyabr 2026, 18:47

Barselona qapıçısı Joan Qarsiya sağ dizində narahatlıqla zədələnib

Futbol
17 sentyabr 2026, 18:05

Azərbaycan U-18 milli komandası 21‑23 sentyabr Bayıl Təlim‑Məşq Mərkəzində seleksiya toplanışı keçirəcək

Basketbol
17 sentyabr 2026, 16:08

ABL yeni mövsümün açılış oyununda “Sabah” komandası “LANDAU Lions” ilə qarşılaşacaq

Futbol
17 sentyabr 2026, 13:00

Litva millisinin Azərbaycanla oyunları üçün heyəti açıqladı

Basketbol
17 sentyabr 2026, 11:32

Neftçi klubuna ABŞlı basketbolçu Zakeriya Hiks qoşuldu

Futbol
17 sentyabr 2026, 05:34

“Barselona” 2026/27 mövsümündə rekord starta imza atdı

Futbol
17 sentyabr 2026, 04:21

“Mançester Yunayted” 42 illik ev qalibiyyət seriyasını qırdı

Oxşar xəbərlər