top
Argentinada 18 yaşlı futbolçu topun güclü zərbəsi nəticəsində vəfat etdi Idman.biz
Bu gün, 00:13
- ↺ +

Argentinada 18 yaşlı futbolçu topun güclü zərbəsi nəticəsində vəfat etdi

Argentina futbolunda faciəli hadisə baş verib. "Eseyza" klubunun 18 yaşlı futbolçusu Abel Nunyes oyun zamanı başına top dəyməsi nəticəsində aldığı ağır zədədən sonra vəfat edib.

İdman.Biz Argentinanın "TyC Sports" nəşrinə istinadən xəbər verir ki, hadisə noyabrın 12-də "Eseyza" və "Deportivo Munyes" komandaları arasında keçirilən gənclər turnirinin oyununda baş verib.

Argentina Futbol Assosiasiyasının təşkil etdiyi yarışın beşinci divizionunda çıxış edən futbolçu rəqib oyunçunun topu uzaqlaşdırmaq istəyərkən etdiyi güclü zərbədən sonra başından ağır xəsarət alıb.

Topun birbaşa başına dəyməsi nəticəsində Nunyes huşunu itirərək yerə yıxılıb. Meydanda ona ilkin tibbi yardım göstərilib və daha sonra xəstəxanaya çatdırılıb. Hadisədən sonra qarşılaşma dayandırılıb, ardınca keçirilməsi nəzərdə tutulan digər gənclər oyunu da ləğv edilib.

Həkimlər futbolçunu əməliyyat etsələr də, onun vəziyyətində müsbət dəyişiklik olmayıb. Nunyes noyabrın 15-də xəstəxanada həyatını itirib.

Hadisənin şahidi olan argentinalı jurnalist Kristian Rompani topun futbolçuya qeyri-adi dərəcədə güclü dəydiyini bildirib. Onun sözlərinə görə, rəqib müdafiəçinin uzaqlaşdırdığı top havaya qalxmayıb və təxminən dörd-beş metr məsafədən Nunyesin başına çırpılıb. Zərbədən sonra gənc futbolçu dərhal huşunu itirib.

"Eseyza" klubu futbolçunun vəfatı ilə bağlı başsağlığı mesajı yayımlayıb. Klubun açıqlamasında Nunyesin arzuları və gələcək planları olan gənc futbolçu olduğu vurğulanıb, ailəsinə, dostlarına və komanda yoldaşlarına dərin hüznlə başsağlığı verilib.

Qeyd edək ki, 2008-ci il təvəllüdlü Abel Nunyes "Eseyza"nın gənclər komandasında 10 nömrəli forma ilə çıxış edib. O, eyni zamanda "Nueva Estrella" klubunun futzal üzrə ehtiyat komandasında da oynayıb. Bu klub futbolçunun xatirəsinə ehtiram əlaməti olaraq bazar gününə planlaşdırılan idman fəaliyyətlərini dayandırıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 23:42

UEFA, Infantino’ya ciddi rəqib olaraq Fransa Futbol Federasiyasının rəhbəri Filipp Diallo’yu namizəd kimi təqdim etdi

Formula 1
Dünən, 23:19

Mercedes, Bakı Qran-prisindən sonra geriləyən Rassellə üstünlük qazanmağa hazırdır

Futbol
Dünən, 23:05

Jezuş, Bernardu Silva’nın az oyun vaxtını taktik qərarlarla açıqladı

Futbol
Dünən, 22:43

Donnarumma Belçikaya 1:4 məğlubiyyəti şərh etdi: “Əvvəl möcüzə deyildik, indi də zəif deyilik”

Basketbol
Dünən, 22:31

Georgi Kondruseviç: “Belə oyunları sevmirəm, amma onları da oynamaq lazımdır”

Boks
Dünən, 22:25

Xorvatiyada U-23 Avropa boks çempionatında Azərbaycan millisinin boksçıları ilk mərhələyi keçdilər

Futbol
Dünən, 22:17

Emin Mahmudova AFFA tərəfindən xatirə forması təqdim olundu

Güləş
Dünən, 22:09

MMA döyüşçüsü Usman Nurmagomedovun azad edilməsi ilə bağlı ziddiyyətli məlumatlar

Futbol
Dünən, 22:04

Azərbaycanda milli qızlar komandası kapitanı Emin Mahmudova 66-cı oyunu münasibətilə xüsusi forma alır

Futbol
Dünən, 21:51

Ronaldun annəsi Portuqaliya yenilməsinə sevindi: 'Kriştianunu aldatdılar'

Futbol
Dünən, 21:43

UEFA, Filipp Diallo'yu FIFA prezidenti üçün təklif edir

Basketbol
Dünən, 21:37

Tahir Baxşıyev: 'Qeylen Smit və Cey-Kuin Yuinq olmadan legioniya ilə mübarizə aparmalı olduq'

Futbol
Dünən, 21:21

Harri Keyn, 78 illik Tom Finn rekordunu təkrarladı

Basketbol
Dünən, 21:13

Sumqayıtın baş məşqçisi qələbəni hazırlıq görüşü kimi şərh etdi

Futbol
Dünən, 20:57

Fenerbahçe, 23 yaşlı Gürcüstanlı winger Giorgi Kvernadzenı transfer etməyi planlaşdırır

Futbol
Dünən, 20:36

Alissonun Liverpooldakı gələcəyi qeyri-müəyyən, Juventus transfer planından imtina etdi

Futbol
Dünən, 20:07

Pau Kubarsinin evindən saat oğurlanıb, şübhəlilər saxlanılıb

Boks
Dünən, 19:56

Vidadi Quliyev yeni baş katibə təyin edildi

Futbol
Dünən, 19:48

Benisio Valverde, Real Madrid Akademiyasında İlk Addımı Atdı

Boks
Dünən, 19:43

Azərbaycan millisinin iki boksçusu U-23 Avropa çempionatında qələbə qazandı;

Futbol
Dünən, 19:33

Portuqaliyada Ronaldonun portretinin 50 avroluq əskinas üzərində çap edilməsi təklif edilib

Qarabağ FK
Dünən, 19:33

Azərbaycan U‑17 və U‑19 milli komandalarında yalnız 4 xarici futbolçu, rəqiblərində isə 14

Futbol
Dünən, 19:28

Belçikalı hücumçu Romelu Lukaku milli karyerasını bitirdi

Oxşar xəbərlər