top
Azərbaycan U‑17 və U‑19 milli komandalarında yalnız 4 xarici futbolçu, rəqiblərində isə 14 Idman.biz
Bu gün, 19:33
- ↺ +

Azərbaycan U‑17 və U‑19 milli komandalarında yalnız 4 xarici futbolçu, rəqiblərində isə 14

Azərbaycanın 17 və 19 yaşadək futbolçulardan ibarət milli komandaları sabah Avropa çempionatının seçmə mərhələsində son oyunlarını keçirəcəklər. Qarşılaşmalar ərəfəsində yığmalarımızla rəqiblərinin heyətləri arasında diqqətçəkən fərq ortaya çıxıb.

İdman.Biz xəbər verir ki, milli federasiyaların açıqladığı rəsmi siyahılara əsasən, Azərbaycanın hər iki yaş qrupu üzrə 42 futbolçusundan yalnız üçü xaricdə çıxış edir. Litva və Farer adalarının heyətlərində isə belə oyunçuların ümumi sayı 10-dur.

U-17 millimizin 21 nəfərlik heyətində xarici futbol strukturlarını təmsil edən iki futbolçu var. Nicat Əhmədzadə İspaniyanın "Marcet", Nazim Əliyev isə Serbiyanın "Qrafiçar" klubunda çıxış edir.

Komandamızın əsas hissəsi yerli klubların yetirmələrindən formalaşıb. "Qarabağ" yığmaya səkkiz, "Neftçi" beş, "Sabah" isə iki futbolçu verib. "Sumqayıt", "Turan Tovuz" və "İmişli" hərəyə bir oyunçu ilə təmsil olunur. Qapıçı Oqtay Mehrəliyev isə AFFA-nın siyahısında klubsuz göstərilib.

Azərbaycan millisinin sabahkı rəqibi Litvada vəziyyət fərqlidir. Baltikyanı ölkənin 23 nəfərlik heyətində altı futbolçu xaricdə oynayır. Royus Kardelis İtaliyanın "Cenoa", Noyus Vişnyauskas isə "Empoli" klubunu təmsil edir. Kristupas Liutvinas Portuqaliyanın "Benfika", Qvidas Valatkeviçyus isə "Rio Ave" sistemindədir. Patrikas Babenskas və Rokas Paulauskas Norveçin "Sandefyord" klubunda çıxış edirlər.

Litva ilk turda Şimali İrlandiyaya 0:2 hesabı ilə uduzduğu qarşılaşmada dönüş edərək 4:2 hesablı qələbə qazanıb, daha sonra Almaniyaya 0:4 hesabı ilə məğlub olub. Azərbaycan isə Almaniya və Şimali İrlandiya ilə oyunlarda müvafiq olaraq 0:7 və 0:4 hesablı məğlubiyyətlə üzləşib.

U-19 millimizlə Farer adaları arasında da oxşar fərq var. Azərbaycan yığmasının 21 nəfərlik heyətində xaricdə çıxış edən yeganə futbolçu Belçikanın "Sent-Trüyden" klubunu təmsil edən Mustafa Kamaradır.

Digər 20 futbolçu Azərbaycan klublarında çıxış edir. Heyətdə "Qarabağ"ın yeddi, "Sabah"ın altı, "Neftçi"nin isə dörd nümayəndəsi var. "Qəbələ", "Sumqayıt" və "Zirə" hərəyə bir futbolçu ilə təmsil olunur.

Farer adalarının 18 nəfərlik heyətində isə dörd oyunçu Danimarka klublarında çıxış edir. Yakup Kristiansson Poulsen "Esbyerq", Siqurd Ulriksen "Helsinqör", Noa Kleyn Yoensen "Ranners", Dennis Anhel isə "Sönneryuske" klubunu təmsil edir.

Maraqlıdır ki, Azərbaycanın U-19 millisi kimi Farer adaları da seçmə mərhələdə ilk iki oyununu uduzub. Komandalar qrupda ilk xallarını qazanmaq və sonuncu pillədən uzaqlaşmaq üçün mübarizə aparacaqlar.

Qeyd edək ki, noyabrın 17-də Azərbaycan - Litva U-17 görüşü Bakı vaxtı ilə saat 14:00-da, Farer adaları - Azərbaycan U-19 qarşılaşması isə saat 19:00-da başlayacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:33

Portuqaliyada Ronaldonun portretinin 50 avroluq əskinas üzərində çap edilməsi təklif edilib

Futbol
Bu gün, 19:28

Belçikalı hücumçu Romelu Lukaku milli karyerasını bitirdi

Futbol
Bu gün, 19:27

Harri Keyn: 3-2 qələbə ilə İngiltərə komandası fəxr edir

Cüdo
Bu gün, 19:12

Azərbaycan Cüdo Federasiyası dünya çempionatına yollanacaq gənclər milli komandası ilə görüşdü

Futbol
Bu gün, 19:01

Andorra mətbuatında Azərbaycan millətinin məğlubiyyətsiz altı oyunu ön plana çıxdı

Futbol
Bu gün, 18:59

Klopp Canni İnfantinonu tənqid etdi

Futbol
Bu gün, 18:49

Vinicius Junior: Ancelotti karyeramı dəyişdi

Futbol
Bu gün, 18:35

UEFA-nın sabiq vitse-prezidenti Zbiqnev Bonek Pep Qvardiolanı "futbolu öldürməkdə" ittiham etdi: Bunu nə əsasləyirlər?

Futbol
Bu gün, 18:29

Fermín Lopes: Barselona futbolçusu Premier Liqada transfer üçün təkliflər alıb

Futbol
Bu gün, 18:21

Braziliya futbolu əfsanəsi Dino Sani 94 yaşında vəfat etdi

Futbol
Bu gün, 18:20

Sumqayıt – Sabah maçı üçün biletlər satışda

Futbol
Bu gün, 18:15

Luiş Fiqu FIFA prezidenti üçün namizəd kimi irəli sürülür

Futbol
Bu gün, 18:08

"Zaqatala"nın baş məşqçisi Rakif Əliyev "Şimal" ilə oyun öncəsi açıqlama verib

Futbol
Bu gün, 18:00

II Liqa: Qaradağ Lökbatan lider, Şirvan Ağdaşı məğlub etdi

Futbol
Bu gün, 18:00

Braziliyada qadın U-20 futbol matçında kütləvi dava

Futbol
Bu gün, 17:55

Vüqar Nadirov: Azərbaycan millisi Lixtenşteyni 1-0 mağlub etdi, Andorra ilə yoldaşlıq oynayacaq

Qarabağ FK
Bu gün, 17:42

Aslan Kərimov: Andorra ilə oyunda əsas məqsəd yeni futbolçulara təcrübə verməkdir

Futbol
Bu gün, 17:40

Crystal Palace Danimarkalı məşqçi Tomas Frankı baş məşqçiyə təyin etdi

Futbol
Bu gün, 17:39

18 yaşlı Abel Nunes baş zərbəsindən sonra ölüb

Futbol
Bu gün, 17:36

Naxçıvan’da Ödənişsiz Futbol Hakimi Seminarı keçiriləcək

Futbol
Bu gün, 17:28

Tomas Frank yeni baş məşqçi olaraq Kristal Palace'a qoşulur

Futbol
Bu gün, 17:20

Qaret Beyl Sevilla klubunun alışı prosesində iştirak edə bilər

Futbol
Bu gün, 17:13

Arif Əsədov: Andorra ilə yoxlama matçı üçün ümid və gənclərə şans

Oxşar xəbərlər