"Yuventus" "Liverpul"un qapıçısı Alisson Bekeri transfer etmək planından imtina edib.
İdman.Biz insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, Turin klubu yayda braziliyalı futbolçunu heyətinə qatmağa yaxın olsa da, sonradan Qulyelmo Vikarionu transfer edib. İtaliya təmsilçisi hazırda onun çıxışından razıdır və Alissonla maraqlanmır.
Bununla belə, braziliyalı qapıçının "Liverpul"dakı gələcəyi qeyri-müəyyən olaraq qalır. Onun müqaviləsi 2027-ci ilin yayında başa çatacaq və sözləşmənin avtomatik uzadılması imkanı artıq yoxdur.
Vəziyyəti çətinləşdirən əsas amillərdən biri Giorgi Mamardaşvilinin komandada olmasıdır. Gürcüstan millisinin qapıçısı daimi ehtiyatda qalmaq istəmir və klub yaxın aylarda hər iki futbolçunun gələcəyi ilə bağlı qərar verməli olacaq.
Romanonun sözlərinə görə, Alissonun "Liverpul"da qalmaq ehtimalı mövcuddur. Lakin münasib təklif alacağı təqdirdə onun 2027-ci ilin yayında komandadan ayrılması da istisna edilmir.