top
UEFA, Infantino’ya ciddi rəqib olaraq Fransa Futbol Federasiyasının rəhbəri Filipp Diallo’yu namizəd kimi təqdim etdi Idman.biz
Dünən, 23:42
- ↺ +

UEFA, Infantino’ya ciddi rəqib olaraq Fransa Futbol Federasiyasının rəhbəri Filipp Diallo’yu namizəd kimi təqdim etdi

UEFA FIFA prezidentliyi uğrunda mübarizədə hazırkı rəhbər Canni İnfantinoya qarşı dəstəkləyəcəyi namizədi müəyyənləşdirib.

İdman.Biz UEFA-nın rəsmi açıqlamasına istinadən xəbər verir ki, Avropa futbol qurumunun prezidenti Aleksander Çeferinin sədrliyi ilə keçirilən iclasda Fransa Futbol Federasiyasının rəhbəri Filipp Diallonun namizədliyi yekdilliklə dəstəklənib.

UEFA İcraiyyə Komitəsində və FIFA Şurasında təmsil olunan Avropa milli assosiasiyalarının nümayəndələri Dialloya 2027-ci ilin martında keçiriləcək prezident seçkilərində iştirak etməyi təklif ediblər. Fransalı funksioner təklifi qəbul edib.

Onun namizədliyinin noyabrın 17-də Fransa Futbol Federasiyasının İcraiyyə Komitəsi tərəfindən rəsmən təsdiqlənməsi gözlənilir.

UEFA açıqlamasında FIFA-nın hazırkı fəaliyyət istiqaməti ilə bağlı ciddi narahatlıqların olduğunu bildirib. Avropa assosiasiyaları dünya futbolunda birliyin və etimadın bərpasına, idarəetmədə yüksək standartların tətbiqinə və futbolun bütün regionlarda inkişafına çağırıblar.

Filipp Diallo əvvəllər Fransanın peşəkar futbol klublarını təmsil edən təşkilata rəhbərlik edib, ölkənin peşəkar futbol liqasının idarə heyətində və FIFA-nın mübahisələrin həlli strukturlarında çalışıb. O, 2023-cü ildən Fransa Futbol Federasiyasının prezidenti və UEFA İcraiyyə Komitəsinin üzvüdür.

Qeyd edək ki, FIFA prezidentinin seçkiləri 2027-ci il martın 18-də Mərakeşin paytaxtı Rabatda keçiriləcək. 2016-cı ildən təşkilata rəhbərlik edən Canni İnfantino da növbəti müddətə namizədliyini irəli sürmək niyyətindədir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:13

Argentinada 18 yaşlı futbolçu topun güclü zərbəsi nəticəsində vəfat etdi

Formula 1
Dünən, 23:19

Mercedes, Bakı Qran-prisindən sonra geriləyən Rassellə üstünlük qazanmağa hazırdır

Futbol
Dünən, 23:05

Jezuş, Bernardu Silva’nın az oyun vaxtını taktik qərarlarla açıqladı

Futbol
Dünən, 22:43

Donnarumma Belçikaya 1:4 məğlubiyyəti şərh etdi: “Əvvəl möcüzə deyildik, indi də zəif deyilik”

Basketbol
Dünən, 22:31

Georgi Kondruseviç: “Belə oyunları sevmirəm, amma onları da oynamaq lazımdır”

Boks
Dünən, 22:25

Xorvatiyada U-23 Avropa boks çempionatında Azərbaycan millisinin boksçıları ilk mərhələyi keçdilər

Futbol
Dünən, 22:17

Emin Mahmudova AFFA tərəfindən xatirə forması təqdim olundu

Güləş
Dünən, 22:09

MMA döyüşçüsü Usman Nurmagomedovun azad edilməsi ilə bağlı ziddiyyətli məlumatlar

Futbol
Dünən, 22:04

Azərbaycanda milli qızlar komandası kapitanı Emin Mahmudova 66-cı oyunu münasibətilə xüsusi forma alır

Futbol
Dünən, 21:51

Ronaldun annəsi Portuqaliya yenilməsinə sevindi: 'Kriştianunu aldatdılar'

Futbol
Dünən, 21:43

UEFA, Filipp Diallo'yu FIFA prezidenti üçün təklif edir

Basketbol
Dünən, 21:37

Tahir Baxşıyev: 'Qeylen Smit və Cey-Kuin Yuinq olmadan legioniya ilə mübarizə aparmalı olduq'

Futbol
Dünən, 21:21

Harri Keyn, 78 illik Tom Finn rekordunu təkrarladı

Basketbol
Dünən, 21:13

Sumqayıtın baş məşqçisi qələbəni hazırlıq görüşü kimi şərh etdi

Futbol
Dünən, 20:57

Fenerbahçe, 23 yaşlı Gürcüstanlı winger Giorgi Kvernadzenı transfer etməyi planlaşdırır

Futbol
Dünən, 20:36

Alissonun Liverpooldakı gələcəyi qeyri-müəyyən, Juventus transfer planından imtina etdi

Futbol
Dünən, 20:07

Pau Kubarsinin evindən saat oğurlanıb, şübhəlilər saxlanılıb

Boks
Dünən, 19:56

Vidadi Quliyev yeni baş katibə təyin edildi

Futbol
Dünən, 19:48

Benisio Valverde, Real Madrid Akademiyasında İlk Addımı Atdı

Boks
Dünən, 19:43

Azərbaycan millisinin iki boksçusu U-23 Avropa çempionatında qələbə qazandı;

Futbol
Dünən, 19:33

Portuqaliyada Ronaldonun portretinin 50 avroluq əskinas üzərində çap edilməsi təklif edilib

Qarabağ FK
Dünən, 19:33

Azərbaycan U‑17 və U‑19 milli komandalarında yalnız 4 xarici futbolçu, rəqiblərində isə 14

Futbol
Dünən, 19:28

Belçikalı hücumçu Romelu Lukaku milli karyerasını bitirdi

Oxşar xəbərlər