Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Fransa Futbol Federasiyasının rəhbəri Filipp Diallo-nun FIFA prezidenti seçkilərində namizədliyini irəli sürüb.
\"Report\" xəbər verir ki, bu barədə Avropa təşkilatının mətbuat xidməti məlumat yaymışdır.
UEFA İcraiyyə Komitəsinin iclasında, milli assosiasiyalar namizədliyi təklifini qəbul edən 63 yaşlı Diallo-nun namizədliyini yekdilliklə dəstəkləyiblər.
FIFA rəhbərinin seçkiləri 2027-ci ilin martında Mərakeşdə keçiriləcək. Təşkilatın hazırkı Prezidenti Canni İnfantino daha əvvəl yeni müddətə yenidən seçilmək niyyətində olduğunu açıqlayıb. O, 2016-cı ildən FIFA-ya rəhbərlik edir.
63 yaşlı Diallo-nun namizədliyinin irəli sürülməsi UEFA ilə FIFA rəhbərliyi arasında dünya futbolunun idarə olunması və inkişafı məsələləri üzrə fikir ayrılıqları fonunda baş verir.