Bu gün Misli Premyer Liqasının 10-cu turu çərçivəsində daha iki oyun keçiriləcək. Sport24.az xəbər verir ki, hər iki qarşılaşma bölgədə baş tutacaq.
Günün ilk matçında "Araz-Naxçıvan" "Zirə"ni qəbul edir. Nominal meydan sahibləri cari mövsümdə qələbə qazanmayan yeganə kollektivdi. Naxçıvan təmsilçisi hazırda 2 xalla turnir cədvəlinin sonuncu - 12-ci pilləsində qərarlaşıb. Qonaqlar isə liderlər qrupunda yer alır. Rəşad Sadıqovun komandası 9 turdan sonra 15 xalla 5-ci yerdədir. "Qartallar" bu gün qələbə qazanacağı təqdirdə dünən lider "Sabah"ı yenməklə xal ehtiyatını 18-ə çatdıran "Turan Tovuz"a çatacaq və lider "Sabah"la (bir oyun az keçirib) xal fərqini 2-yə endirəcək.
Qeyd edək ki, dünən 10-cu turun bir oyunu baş tutub. "Turan Tovuz" "doğma divarlar" arasında "Sabah"ı 3:2 hesabı ilə məğlub edib.
Misli Premyer Liqaı
I dövrə, X tur
15:00. "Araz-Naxçıvan" - "Zirə"
Hakimlər: Elvin Bayramov, Rəhman İmami, Rahil Ramazanov, Ruslan Quliyev
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Şamaxı. Şəhər stadionu.