"Araz-Naxçıvan"ın U-13 komandasının baş məşqçisi cəzalandırılıb.
İdman.biz xəbər verir ki, buna İntiqam Rəhimovun U-13 Liqasında keçirilən "Amasiya" – "Araz Naxçıvan" matçındakı davranışı səbəb olub.
O, qarşılaşmanın 45-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alıb. AFFA-nın İntizam Komitəsi çalışdırıcını 5 matçlıq diskvalifikasiya edib.
İdman.biz