Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında 28-ci tura start verilir. Sport24.az xəbər verir ki, günün ilk qarşılaşması Sumqayıtda keçiriləcək.
"Araz-Naxçıvan" "Turan Tovuz"u qəbul edir. Hər iki komandanın hədəfi avrokuboklara vəsiqə qazanmaqdır. Qonaqlar böyük ölçüdə bu işin öhdəsindən gəlib. Kurban Berdıyevin baş məşqçisi olduğu kollektiv bu görüş ərəfəsində 52 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb və ən yaxın izləyicisi "Zirə"dən 8 xal öndədir. Nominal meydan sahiblərinin vəziyyət isə bir qədər çətindi. Naxçıvanlılar hazırda 39 xalla 6-cı yerdədir. Bu gün də xal və xallar itirəcəyi halda demək olar ki, Naxçıvan təmsilçisinin arzusu gözündə qalacaq.
Qeyd edək ki, oyunun start fiti saat 17:00-da səslənəcək.
Misli Premyer Liqası
III dövrə, XXVIII tur
17:00. "Araz-Naxçıvan" - "Turan Tovuz" 0:3 (İkinci hissə)
Qollar: İ. Vadji, 71, J. Santos, 82, 90+2.
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Şirmamed Mamedov, İslam Məmmədov
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Emin Cəfərov
Sumqayıt. "SOCAR Polymer Arena".
"Araz-Naxçıvan": 94. Tərlan Əhmədli 5. Slavik Alxasov 8. Coşqun Diniyev 4. Rahil Məmmədov (k) 26. Ömər Buludov 24. Mustafa Əhmədzadə 16. Ramon Maçado 17. İssuf Paro 23. Nuno Rodriqes 7. Hamidu Keyta 10. Felipe Santos
Ehtiyat oyunçular: 12. Kristian Avram 34. Ürfan Abbasov 3. Bəxtiyar Həsənalızadə 14. Ülvi İsgəndərov 86. İbrahim Piriyev 6. Patrik Andrade 11. Ba-Muaka Simakala 70. Şarl Boli 19. Bar Kohen
Baş məşqçi: Andrey Demçenko
"Turan Tovuz": 1. Oleq Baklov 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev (k) 11. Ayxan Hüseynov 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman 7. Xorxe Silva 19. Roberto Olabe 2. Mark Rene Mampassi
Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 29. Filip Ozobiç 4. Şəhriyar Əliyev 6. Fərid Yusifli 99. İbrahima Vadji 9. Coş Cinnelli 8. David Tavareş
Baş məşqçi: Kurban Berdiyev