Misli Premyer Liqasında 20-ci turun ikinci oyun gününə Mərdəkanda yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Araz-Naxçıvan" "Sumqayıt"ı qonaq edir.
Qış fasiləsində yeni baş məşqçi ilə anlaşan naxçıvanlılar Andrey Demçenkonun rəhbərliyi altında meydana çıxdığı görüşlərdə qələbə üzünə həsrət qalıb. "Böyük tənəffüs"ə qədər avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komanda turdan-tura hədəfindən uzaq düşməyə başlayıb.
Bu komandaların ilk dövrədəki görüşü sumqayıtlıların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda turnir cədvəlində "Sumqayıt" 30 xalla 5-ci, Naxçıvan klubu isə 27 xalla 7-cidir.
Qeyd edək ki, tura sabah keçiriləcək "Qəbələ" - "Sabah", "Şamaxı" - "Turan Tovuz" matçları ilə yekun vurulacaq.
Misli Premyer Liqası
II dövrə, XX tur
17:00. "Araz-Naxçıvan" - "Sumqayıt" 1:0 (İkinci hissə)
Qol: Ramon Maçado, 45+4-pen.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Mərdəkan. "Liv Bona Dea Arena"
"Araz-Naxçıvan": 12. Kristian Avram 3. Bəxtiyar Həsənalızadə (k) 5. Slavik Alxasov 8. Coşqun Diniyev 4. Rahil Məmmədov 26. Ömər Buludov 24. Mustafa Əhmədzadə 16. Ramon Maçado 10. Felipe Santos 70. Şarl Boli 19. Bar Kohen
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 76. Süleyman Həsənov 14. Ülvi İsgəndərov 23. Nuno Rodriqes 7. Hamidu Keyta 11. Ba-Muaka Simakala 77. Bruno Franko
Baş məşqçi: Andrey Demçenko
"Sumqayıt": 1. Mehdi Cənnətov (k) 3. Höccət Haqverdi 7. Rüstəm Əhmədzadə 19. Roi Kehat 9. Aleksandr Ramalinqom 10. Nikola Ninkoviç 33. Danilo Beskorovaynıy 71. Masaki Murata 80. Keffel Resende 11. Aleksa Yankoviç25. Abdul Raşid Mumini
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev 12. Murad Ağamalıyev 29. Emil Mustafayev 8. Səbuhi Abdullazadə 24. Sənan Muradlı 21. Nihad Əhmədzadə 75. Nadir Orucov 37. Nihad Orucəli 97. Vüsal Paşayev 72. Rayan Senhadjic 6. Sedrik Badolo 23. Ronaldo Vaskez
Baş məşqçi: Saşa İliç