Misli Premyer Liqasında IX turun oyunları davam edir. Sport24.az xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək.
Günün ilk qarşılaşması Masazırda baş tutacaq. "Liv Bona Dea Arena" təmirə bğlandığından "Araz-Naxçıvan" "Sabah"ı "Bank Respublika Arena"da qəbul edir.
Geridə qalan 8 turdan sonra aktivində 15 xal olan Naxçıvan təmsilçisi 3-cü, 1 xal az toplayan "Sabah" isə 4-cü pillədə qərarlaşıb. Bu üzdən turnir cədvəlində qonşu olan komandaların görüşü böyük maraq doğurur.
Qeyd edək ki, oyunun start fiti saat 16:00-da səslənəcək.
Misli Premyer Liqası
I dövrə, IX tur
16:00. "Araz-Naxçıvan" - "Sabah"
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamranbəy Rəhimov
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Emin Cəfərov
"Bank Respublika Arena".
"Araz-Naxçıvan": 12. Kristian Avram 34. Urfan Abbasov (k) 8. Coşqun Diniyev 6. Patrik Andrade 29. Vanderson Melo 17. İssuf Paro 23. Nuno Rodriqes 7. Hamidu Keyta 11. Ba-Muaka Simakala 77. Bruno Franko 70. Şarl Boli
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 76. Süleyman Həsənov 2. Qara Qarayev 14. Ülvi İsgəndərov 26. Ömər Buludov 22. Elçin Mustafayev 24. Mustafa Əhmədzadə 16. Ramon Maçado 19. Bar Kohen
Baş məşqçi: Elmar Baxşıyev
"Sabah": 92. Stas Pokatilov (k) 5. Rəhman Daşdəmirov 88. Xəyal Əliyev 21. Velko Simiç 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 11. Kahim Parris 33. Umarali Raxmonaliyev 19. Aron Maluda
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 72. Rustam Samiqullin 17. Tellur Mütəllimov 10. Anatoli Nuriyev 8. Ayaz Quliyev 2. Amin Seydiyev 6. Abdulax Xaybulaev 20. Coy Lens Mikels 40. İqor Noqeyra 70. Cesse Sekidika 53. Andrey Santos
Baş məşqçi: Valdas Dambrauskas