"Araz-Naxçıvan" Peşəkar Futbol Klubunun (PFK) heyəti Naxçıvana səfər edib.
"Report"un yerli bürosu xəbər verir ki, klubun heyətini Naxçıvan Beynəlxalq Hava Limanında çoxsaylı azarkeşlər coşqu ilə qarşılayıblar.
Daha sonra heyət Ümummilli Lider Heydər Əliyevin Naxçıvandakı abidəsi önünə gül qoyub, xatirəsini dərin ehtiramla yad edib.
Komanda üzvləri bu gün şəhər stadionunda azarkeşlərlə görüşəcək, digər tədbirlərdə iştirak edəcəklər.