Misli Premyer Liqasında XI- "Zəfər turu" davam edir.Sport24.az xəbər verir ki, bu gün hesabat həftəsi çərçivəsində daha iki qarşılaşma baş tutacaq.
Günün ilk matçında "Araz-Naxçıvan" "Karvan-Yevlax"la üz-üzə gələcək. Naxçıvan klubu rəqibini Sumqayıtda qəbul edəcək. Hazırda "Araz-Naxçıvan" 16 xalla 6-cı pillədə qərarlaşıb. Elmar Baxşıyevin komandası son 3 turda qələbə qazana bilməyib. 5 xala malik yevlaxlılar isə turnir cədvəlində 11-cidir. "Ağ-qaralar" son 4 turda xal üzünə həsrətdir.
Qeyd edək ki, turun dünən baş tutan iki görüşündə "Qəbələ" öz meydanında "Sumqayıt"a (0:2) məğlub olub. "Şamaxı" isə "doğma divarlar" arasında "İmişli"ni (1:0) məyus edib.
Misli Premyer Liqası
I dövrə, XI tur
15:44. "Araz-Naxçıvan" - "Karvan-Yevlax" 2:1 (İkinci hissə)
Qol: Araz Abdullayev, 17, Hamidu Keyta, 65, Felipe Santos, 90+2, pen
Hakimlər: Nicat İsmayıllı, Vüsal Məmmədov, Kərim Zeynalov, Kamran Əliyev
VAR: Əli Əliyev
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Suqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.
"Araz-Naxçıvan": 94. Tərlan Əhmədli, 2. Qara Qarayev (k), 26. Ömər Buludov, 6. Patrik Andrade, 29. Vanderson Melo, 17. İssuf Paro, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko, 70. Şarl Boli, 19. Bar Kohen
Ehtiyat oyunçular: 12. Kristian Avram 76. Süleyman Həsənov 34. Urfan Abbasov 5. Slavik Alxasov 8. Coşqun Diniyev 14. Ülvi İsgəndərov 22. Elçin Mustafayev 24. Mustafa Əhmədzadə 16. Ramon Maçado 23. Nuno Rodriqes 7. Hamidu Keyta
"Karvan-Yevlax": 1. Kamran İbrahimov, 7. Araz Abdullayev (k), 32. Elvin Yunuszadə, 6. Vadim Abdullayev, 33. Eltun Turabov, 13. Vüsal Məsimov, 2. Şakil Sno, 11. Kayl Spens, 19. Tompson Qavi, 10. Samuel Durrant, 21. İmani Barker
Ehtiyat oyunçular: 25. Əmrah Bulud, 42. İbrahim Qədirzadə, 22. Qabil Əlizadə, 14. Uğur Cahangirov, 77. Əli Abdullayev, 5. Nika Çaçaşvili, 12. Vitor Roşa, 37. Mois Nqvisani, 8. Peter Kinqs, 4. Olavale Doyeni