Bu gün Misli Premyer Liqasında VII tura start veriləcək. Sport24.az xəbər verir ki, hesabat həftəsinin ilk oyun günündə azarkeşlər iki qarşılaşma izləyə biləcək.
Günün ilk matçı Mərdəkanda baş tutacaq. "Araz-Naxçıvan" "Liv Bona Dea Arena"da elitanın debütantı "İmişli"ni qonaq edəcək. Bu oyuna qədər aktivində 11 xal olan və liderdən 1 xal geri qalan Elmar Baxşıyevin komandası iddialılar arasında yer almaq üçün bu oyunu qələbə ilə başa vurmağı hədəfləyir. Ancaq əvvəlki turlar göstərdi ki, bölgə təmsilçisi heç də asan təslim olan komandalardan deyil.
Qeyd edək ki, oyunun start fiti saat 17:00-da səslənəcək.
Misli Premyer Liqası
I dövrə, VII tur
17:00. "Araz-Naxçıvan" - "İmişli" 2:0 (İkinci hissə)
Qol: Ba-Muaka Simakala, 33, Ülvi İsgəndərov, 90+5
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev
VAR: Rauf Cabarov
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Mərdəkan. "Liv Bona Dea Arena".
"Araz-Naxçıvan": 12. Kristian Avram 3. Bəxtiyar Həsənalızadə 5. Slavik Alxasov 4. Rahil Məmmədov 26. Ömər Buludov 29. Vanderson Melo (k) 23. Nuno Rodriqes 10. Felipe Santos 11. Ba-Muaka Simakala 70. Şarl Boli 19. Bar Kohen
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 76. Süleyman Həsənov 2. Qara Qarayev 34. Urfan Abbasov 8. Coşqun Diniyev 14. Ülvi İsgəndərov 22. Elçin Mustafayev 24. Mustafa Əhmədzadə 17. İssuf Paro 7. Hamidu Keyta 77. Bruno Franko
Baş məşqçi: Elmar Baxşıyev
"İmişli": 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 21. Abbas Ağazadə 44. Həzrət İsayev 11. Vüsal Qənbərov 10. Nikola Karaklaiç 29. Edvin Banquera 14. Ronaldo de Souza 9. Dioqo Almeyda 23. Dioqo Rollo 17. Ezekiel Morqan
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 99. İmam Əli 77. Elmir Rəhimzadə 22. İbrahim Əliyev 97. Xəzər Mahmudov 5. İdris İnqilablı 27. Lətif Rzayev 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli
Baş məşqçi: Jorj Kaşkilya