"Araz-Naxçıvan"ın futbolçusu Rövlan Muradov dünya çempionatı ilə bağlı fikirlərini bölüşüb.
Bu barədə danışan yarımmüdafiəçi mundialdakı favoritini açıqlayıb.
O, Portuqaliya millisinə azarkeşlik etdiyini bildirib.
"Ümid edirəm ki, bu komanda finala vəsiqə qazanacaq və turnirin qalibi olacaq", - deyə o AZƏRTAC-a açıqlamasında vurğulayıb.
Qeyd edək ki, dünya çempionatına iyulun 19-da yekun vurulacaq.