top
Aqşin Mürsəlov: İmişli həm oyunda, həm də nəticədə sabitliyə çalışır Idman.biz
Bu gün, 11:44
- +

Aqşin Mürsəlov: "İmişli" həm oyunda, həm də nəticədə sabitliyə çalışır

"Təbii ki, doğma meydanda oynamaq hər bir komanda üçün ciddi üstünlükdür. İmişli azarkeşi futbolu sevir və komandaya bağlılığı ilə seçilir".

Bunu Misli Premyer liqasının debütantı "İmişli"nin icraçı direktoru Aqşin Mürsəlov sport24.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Mövsümün ilk dövrəsini komanda üçün necə dəyərləndirirsiz?

- Mövsümün ilk dövrəsini ümumilikdə müsbət qiymətləndiririk. Yeni formalaşan komanda üçün bu qədər qısa müddətdə kollektivin uyğunlaşması asan proses deyil. Məşqçi heyətinin peşəkarlığı nəticəsində futbolçular həm bir-birilərinə, həm də komandanın oyun fəlsəfəsinə ilə kifayət tez uyğunlaşdılar. Həm oyun, həm də nəticə baxımından sabit bir xətt tutmağa çalışırıq. Təbii ki, bəzi qarşılaşmalarda itirdiyimiz xallar var və bu oyunlardan düzgün nəticə çıxarmaq bizim üçün vacibdir. Ümumilikdə ilk dövrənin nəticələri göstərir ki, "İmişli" fəaliyyətini məqsədyönlü şəkildə davam etdirir və komandanın mövcud potensialı sayəsində gələcəkdə daha yaxşı nəticələr əldə edəcəyinə ümid edirik.

- Mövsümün startı ərəfəsində bir çoxları debütant "İmişli"dən belə uğurlu çıxış gözləmirdi. Sizin üçün də sürpriz oldu, yoxsa...

- Kənardan baxdıqda bu nəticələr sürpriz kimi görünə bilər, lakin biz hazırlıq prosesindən etibarən komandanın içində olmuşuq və futbolçuların potensialını, məşqlərə münasibətini və çəkdiyi zəhməti yaxından görmüşük. İntizam, sistemli iş və davamlı inkişaf varsa, bunun müəyyən mərhələdə nəticə verməsi təbiidir. Biz bu uğurlu başlanğıcı təsadüf kimi deyil, planlı və məqsədyönlü fəaliyyətin məntiqli nəticəsi kimi dəyərləndiririk. Bununla belə, əsas məsələ arxayınlaşmamaq və əldə olunanların bizi daha çox çalışmaq üçün motivasiya etməsidir.

- Komanda İmişlidə oynasa, nəticələr daha yaxşı ola bilərdi?

- Təbii ki, doğma meydanda oynamaq hər bir komanda üçün ciddi üstünlükdür. İmişli azarkeşi futbolu sevir və komandaya bağlılığı ilə seçilir. Ev oyunlarını İmişlidə keçirə bilsəydik, bunun həm nəticələrə müsbət təsir göstərəcəyini, həm də komanda–azarkeş münasibətini daha da möhkəmləndirəcəyini düşünürük. Bununla belə, hazırda mövcud şərait necədirsə, biz də həmin şərtlərə uyğunlaşmağa çalışırıq və heç bir halda bəhanə axtarmırıq.

- Bu arada, stadionla bağlı yenilik varmı?

- Stadion məsələsi ilə bağlı müxtəlif qurumlarla mütəmadi olaraq əlaqə saxlayırıq və bu istiqamətdə işlər davam edir. Lakin müəyyən məqamlar var ki, onların həlli klubun səlahiyyətindən kənardadır. Ümid edirik ki, aidiyyəti qurumların da dəstəyi ilə bu məsələ də yaxın zamanda müsbət həllini tapacaq. Stadion məsələsi daim diqqət mərkəzindədir və biz də komandanın mümkün qədər qısa vaxtda İmişliyə qayıtmasını arzulayırıq. Bu, yalnız futbolçular üçün deyil, bütövlükdə rayon ictimaiyyəti üçün önəmli bir hadisə olacaq. Lakin real vəziyyəti nəzərə alsaq, belə proseslərin qısa müddətdə həll olunmadığını qəbul etməliyik. Ümid edirik ki, yaxın gələcəkdə "İmişli"nin ev oyunlarında azarkeşlərimizi öz stadionlarında görmək mümkün olacaq.

İdman.Biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:50

Region Liqası V Turunun Oyun Nəticələri və Turnir Cədvəli

Futbol
Bu gün, 12:47

PSJ Kilian Mbappenin kluba ciddi zərər vurduğunu bildirib və maliyyə mübahisəsi ilə bağlı açıqlama yayıb

Şahmat
Bu gün, 12:40

Azərbaycan Qadın Şahmat Millisi Dünya Çempionatında Peru ilə Qarşılaşacaq

Futbol
Bu gün, 12:36

Benzema "Real"a qayıdış ehtimalına aydınlıq gətirdi: "Florentino Peres oradadırsa, niyə də yox?"

Futbol
Bu gün, 12:35

"Qarabağ"ın qapıçısı Mateuş Koxalski: Transfer xəbərləri, Azərbaycandakı həyat və daha çox - MÜSAHİBƏ

Futbol
Bu gün, 12:23

Pedri və Alejandra Dorta arasında yeni sevgi münasibəti iddiaları

Futbol
Bu gün, 12:20

U-21 millimiz Cəbəllütariqə qarşı

Cüdo
Bu gün, 12:11

Cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının IV turu keçiriləcək və bu son turdur

Futbol
Bu gün, 12:00

Azərbaycan millisi FIFA reytinqində daha da geriləyəcək

Şahmat
Bu gün, 11:56

Leon Mendonkanın "Gəncə Open 2025" Qələbəsi və Karyera Hədəfləri - İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Futbol
Bu gün, 11:40

Neymar "Pele brendi"nin hüquqlarını 18 milyon dollara əldə edib

Futbol
Bu gün, 11:32

Tramp Ağ Evdə Kristianu Ronaldunu qəbul edəcək - 2026 Dünya Çempionatına hazırlıq görüşü

Futbol
Bu gün, 11:20

DÇ-2026-nın seçmə mərhələsi: Bu gün hansı oyunlar var?

Minifutbol
Bu gün, 11:20

BANM-də I kurs tələbələri arasında futzal çempionatına start verildi

Futbol
Bu gün, 11:08

Azərbaycan millisi antirekordu təkrarladı: 2025-ci ili qələbəsiz başa vurdu

Futbol
Bu gün, 11:00

Elxan Abdullayevin rəhbərliyi altında U-19 yığmamız Malta ilə qarşılaşır

Futbol
Bu gün, 10:56

Kərim Benzema "Real"a qayıdış ehtimalını istisna etmir

Şahmat
Bu gün, 10:44

Dünya Çempionatı: Azərbaycan Qadın Şahmatçılarının Peru ilə İlk Oyunu

Voleybol
Bu gün, 10:32

Azərbaycanın U-18 voleybol millisi EEVZA çempionatında iştirak üçün Latviyada

Basketbol
Bu gün, 10:20

Qadın Basketbol Millimiz AÇ-2027-nin Seçmə Mərhələsində Ukraynaya Qarşı

Futbol
Bu gün, 10:20

Argentina millisinin çempionluğu və Nigeriya millisinin mundialdan kənarda qalması arasında maraqlı əlaqə aşkarlandı

Futbol
Bu gün, 10:08

Azərbaycan U-21 millisi Cəbəllütariqlə qarşılaşacaq

Futbol
Bu gün, 10:00

Aqşin Mürsəlov: "İmişli" sabit bir xətt tutmağa çalışır

Oxşar xəbərlər