top
Antonio Konte İtaliya millisinə baş məşqçi təyin olunacaq Idman.biz
25 iyun 2026, 17:39
- ↺ +

Antonio Konte İtaliya millisinə baş məşqçi təyin olunacaq

İtaliya millisinin yeni baş məşqçisi vəzifəsinə əsas namizədlərdən biri Antonio Kontedir.

İdman.Biz xəbər verir ki, "La Gazzetta dello Sport"un məlumatına görə, İtaliya Futbol Federasiyasının (FIGC) yeni prezidenti Covanni Malaqo 56 yaşlı mütəxəssisin təyinatını sürətləndirmək istəyir. Tərəflər arasında dörd illik müqavilə variantının müzakirə olunduğu bildirilir.

İddialara görə, FIGC Konteni 2030-cu il dünya çempionatına qədər komandanın yenidən qurulması layihəsinin əsas fiquru kimi görür. İtaliya millisinin qarşısına tədricən bərpa olunmaq, heyəti yeniləmək və mundiala rəqabətədavamlı komanda ilə getmək məqsədi qoyulub.

İtaliya futbolunda dəyişikliklər komandanın ardıcıl üçüncü dəfə dünya çempionatına vəsiqə qazana bilməməsindən sonra başlayıb. Bu uğursuzluqdan sonra federasiya rəhbərliyində və millinin məşqçilər korpusunda ciddi dəyişikliklər baş verib. Covanni Malaqo FIGC prezidenti seçilib, Cennaro Qattuzo isə millidən ayrılıb.

Konte artıq İtaliya millisində çalışıb. O, 2014-2016-cı illərdə yığmaya rəhbərlik edib və komandanı AVRO-2016-nın 1/4 finalına qədər aparıb.

Təcrübəli mütəxəssis son olaraq "Napoli"də çalışıb. O, Neapol klubunu 2024/25 mövsümündə A Seriyasının çempionu edib, ötən mövsüm isə İtaliya Superkubokunu qazanıb. Konte 2025/26 mövsümünün sonunda "Napoli"dən ayrıldığını açıqlayıb.

Bununla belə, təyinat hələ rəsmi təsdiqini tapmayıb. İtaliya mətbuatında Kontenin əsas favorit olduğu yazılsa da, Roberto Mançini də namizədlər sırasında göstərilir.

Qeyd edək ki, 2030-cu il dünya çempionatı İspaniya, Portuqaliya və Mərakeşdə keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Futbol
Bu gün, 07:15

“Barselona” Arsenalın müdafiəçısı Piyero İnkapyeni transfer etmək istəyir - Deko hərəkətə keçdi

Futbol
Bu gün, 06:13

Arteta, formaların dartılması və tutulması ilə bağlı geniş videoarxiv topladığını açıqladı

Tennis
Bu gün, 05:03

Novak Cokoviç Paris Masters-də çətin qələbə qazanıb, çiynindəki problemə görə tibbi fasilə götürdü

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Oxşar xəbərlər