"Flamenqo" klubunun skaut şöbəsinin rəhbəri Andrey Fedçenkov 2027-ci ilin yanvarından etibarən "Liverpul"da çalışacaq. Sport24.az xəbər verir ki, bu barədə "ESPN Brasil" məlumat yayıb.
30 yaşlı mütəxəssis Braziliya klubu ilə dekabra qədər qüvvədə olan hazırkı müqaviləsini başa vurandan sonra İngiltərə klubuna qoşulacaq.
Fedçenkov 2025-ci ilin qışından "Flamenqo"nunda skaut şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, bundan əvvəl o, "Cardiff" (2024–2025), "Şaxtyor (2018–2021) və "Karpatı" (2016–2018) klublarında skaut, PAOK-da (2021–2023) isə skaut şöbəsinin direktoru kimi çalışıb.