"Fənərbaxça" ilə müqaviləsinə xitam verən Anderson Talişkanın gələcəyinə aydınlıq gəlib. Sport24.az xəbər verir ki, braziliyalı vinger karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.
32 yaşlı futbolçu "Əl-Cəzirə" ilə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, oyunçu ilə 2 illik müqavilə imzalanıb.