top
Anatoli Ponomaryov Azərbaycanda işləmək istəyir: “Niyə də olmasın?” İdman.biz
24 may 2024, 17:58
- ↺ +

Anatoli Ponomaryov Azərbaycanda işləmək istəyir: “Niyə də olmasın?”

"Futbolçularımızla işləməyə çalışırıq. Məndə azərbaycanlı oyunçular elə də çox deyil".

Bunu "İdman Bizimlə" verilişinin qonağı olan Azərbaycan millisinin sabiq futbolçusu Anatoli Ponomaryov deyib.

Menecer fəaliyyəti ilə məşğul olan 41 yaşlı veteran legioner həyatı yaşayan futbolçularımızın niyə az sayda olmasının səbəblərini açıqlayıb: "Düşünürəm ki, ilk növbədə təcrübə çatmır. Artıq neçə illərdir ki, az sayda futbolçularımız xaricdə çıxış edirlər. Əvvəllər legioner həyatı yaşayanlar da elə çox olmayıb ki, hansısa tövsiyələrini, təcrübələrini bölüşə bilsinlər. Bu da məlum məsələdir. Sən evdəsən. Tanış mühitdəsən. Ancaq xaricdə çətinlik ondan ibarətdir ki, orada təksən. Digər əcnəbilər müxtəlif komandalarda bir neçə həmvətəni ilə rastlaşır. Götürək, Musanı. Qurbanlı İsveçdə təkdir. Amma braziliyalıların sayı 20-dən də çoxdur. Ünsiyyət dairəsi genişdir. Agentlər gərək bu barədə düşünsünlər. Xaricdə futbolçularımıza mentorlar lazımdır. Özünü reklam üçün demirəm. Bu, vacib amildir".

Ponomaryov bildirib ki, təklif olarsa Azərbaycanda çalışmaq istəyər: "Atam da buradadır. Bura onun Vətənidir. Azərbaycan mənim də Vətənimdir. Millinin oyunçusu olmuşam. Düzdür, burada doğulsam da, burada böyüməmişəm. Atamın isə bütün gəncliyi Azərbaycanla bağlıdır. İndi o, "Sabah" klubunda çalışır. Mənim burada ailəm, çoxlu dostlarım var. Təbii ki, futbolumuzun inkişafı üçün nəsə köməklik göstərmək istərdim. Fərqi yoxdur, hər hansısa klub olsun və yaxud menecer kimi futbolçularımızın Avropaya karyeralarını artırılmasına töhfə vermək istəyirəm. Niyə də olmasın?".

Emin Ağa
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:09

Barselona, Kamp Nouda 1500 kvadratmetrli kolumbarium tikləyəcək

Futbol
Bu gün, 10:00

Polşalı klub 'Sabah'ın futbolçusuna təklif etdi, amma o qapını bağladı

Basketbol
Bu gün, 09:54

LANDAU Lions baş məşqçisi: “Qələbəyə yaxın idik, amma müdafiədə səhvlər bizi məğlub etdi”

Futbol
Bu gün, 09:40

Bavariya Oskar Pituşevski üçün 60M avro təkliflə yenidən maraq göstərdi

Futbol
Bu gün, 09:39

Kriştianu Ronaldo Portuqaliyalı ulduz serialda aktyor olacaq

Futbol
Bu gün, 09:27

İngiltərə vs Xorvatiya, Türkiyə vs Belçika: Millətlər Liqası beşinci turu

Futbol
Bu gün, 09:23

400 milyon avro itirildi: Avropanın ən pis idarə olunan futbol klubu elan edildi

Futbol
Bu gün, 09:20

Aston Villa, müdafiəçi İan Maatsenlə müqaviləni 2032-yə qədər uzatdı

Futbol
Bu gün, 09:08

Zidan Juventus’da məşqçilik arzusu

Basketbol
Bu gün, 09:01

FIBA Avropa Kubokunda ‘Gəncə’ bu gün ‘Esenler Erokspor’ ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Benfikanın 20 yaşlı argentinalı oyunçusuna 100 milyon avro dəyər qoyuldu

Futbol
Bu gün, 08:40

Valeryen İsmael 'Havr', Beşiktaş'ın keçmiş baş məşqçisini Fransa klubunun yeni məşqçisi olacaq

Futbol
Bu gün, 08:20

Fiorentina David de Xea ilə yollarını ayırmağı planlaşdırır

Futbol
Bu gün, 08:13

Pep Qvardiola ABŞ futbol millisinə rəhbərlik edə bilər

Futbol
Bu gün, 08:00

ABŞ Futbol Federasiyası Manchester United-dan 10 milyon dollar tələb edə bilər

Futbol
Bu gün, 07:09

Mançini Mbappe-nin zədələnməsindən risk etməməsini tövsiyə etdi

Futbol
Bu gün, 06:14

Klopp: Azarkeşlərimin sayı artıb, aptekdə 80-90 yaşlı qadınlar mənə uğurlar arzulayırlar

Futbol
Bu gün, 05:15

Barselona, 20 milyon avroluq 18 yaşlı müdafiəçi Rud Neystadı hədəfə alıb

Futbol
Bu gün, 04:11

Çexiya millisi baş məşqçisinin Yamalın çıxmaması ilə bağlı açıqlaması

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Basketbol
Bu gün, 01:50

Neftçi basketbol komandası Mikonosun beş oyunlu qələbə seriyasına son verdi

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Oxşar xəbərlər