"Sabah" yarımmüdafiəçi Anatoli Nuriyevlə yollarını ayırıb. Futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Nuriyev 2022-ci ildən "Sabah"ın uğurları üçün çalışırdı. O, komandamızın heyətində 118 oyun keçirib, 12 qola imza atıb, Azərbaycan Premyer Liqasının gümüş və bürünc medallarını qazanıb, həmçinin Azərbaycan Kubokunun qalibi olub. Anatoli Nuriyevə kluba xidmətlərinə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzu edirik.