Almaniya yığması Avropa çempionatlarına 8-ci dəfə qələbə ilə start verib. Spot24.az xəbər verir ki, meydan sahibləri turnirin açılış matçında Şotlandiyaya 5:1 hesabı ilə qalib gəlib.
Almaniyanı "start qələbə" göstəricisində Fransa izləyir. "Xoruzlar" 6 dəfə qitə çempionatının ilk matçında 3 xala seviniblər.
Qeyd edək ki, Fransa AVRO-2024-də ilk görüşünü iyunun 17-də Avstiyaya qarşı keçirəcək.