AVRO-2024-ün A qrupunda bu gün II tura start veriləcək. Sport24.az xəbər verir ki, çempionatın 6-cı oyun gününün ikinci matçı Ştutqartda baş tutacaq.
Turnirə ev sahibliyi edən Almaniya Macarıstanı qəbul edəcək. Çempionata darmadağınla başlayan Bundestim azarkeşlərini ikinci dəfə sevindirməyə, macarlar isə ilk xal üçün meydana çıxacaqlar.
Qeyd edək ki, qrupun digər görüşündə Şotlandiya və İsveçrə qarşılaşacaq.
AVRO-2024
Qrup mərhələsi, II tur
19 iyun, A qrupu
20:00. Almaniya - Macarıstan 2:0 (2-ci hissə)
Qol: C.Musiala, 22. İ.Gündoğan, 67
Baş hakim: Danni Makkeli (Niderland)
Ştutqart Arena.