İtaliyanın "Yuventus" klubu baş məşqçi postu üçün almaniyalı mütəxəssis Yulian Naqelsmanın namizədliyini nəzərdən keçirir.
Lent.az xəbər verir ki, Turin təmsilçisi hazırkı baş məşqçi Luçano Spallettini əvəzləmək qərarına gələcəyi təqdirdə, Naqelsmanı əsas namizədlərdən biri hesab edir. Klub artıq 39 yaşlı mütəxəssislə əlaqə saxlayıb.
Naqelsmanın da gələcəyi ilə bağlı bir neçə variantı nəzərdən keçirdiyi və "Yuventus"un marağını müsbət qarşıladığı bildirilir.
Qeyd edək ki, almaniyalı mütəxəssis 2023–2026-cı illərdə Almaniya millisinə rəhbərlik edib. O, klub səviyyəsində sonuncu dəfə 2021–2023-cü illərdə "Bavariya"nı çalışdırıb.