top
Aftandil Hacıyev: Qarabağ U-19-un rəqibləri ilə səviyyə fərqi böyükdür Idman.biz
02 oktyabr 2025, 17:58
- +

Aftandil Hacıyev: "Qarabağ" U-19-un rəqibləri ilə səviyyə fərqi böyükdür

"Qarabağ"ın U-19 komandası ilə UEFA Gənclər Liqasındakı rəqibləri arasında səviyyə fərqi var".

Bu barədə "Report"a Ağdam təmsilçisinin akademiyasının koordinatoru Aftandil Hacıyev açıqlama verib.

O, komandanın ötən gün Danimarkanın müvafiq yaş qrupundan ibarət "Kopenhagen" kollektivinə 0:5 hesabı ilə uduzduğu matçla bağlı fikirlərini bölüşüb: "Bu məsələyə hazırda birmənalı yanaşmaq çətindir. Qlobal baxmaq lazımdır. Bu yaş qrupunda, heyət baxımından çatışmazlıqlar var. Daha əvvəl yaxşı futbolçular akademiyadan başqa komandalara üz tutublar. Nəticənin yaxşı olmamasında bir səbəb budur. Amma ən vacib məqam qarşılaşdığımız klublardır. Onların hamısının akademiyası uzun illərdir ki, sistemlə çalışır, heyətlərini əcnəbi oyunçularla da formalaşdıra bilirlər. Hətta bunu biznes layihəsinə çevirirlər. Hər biri ilə üz-üzə gələndə bunu oyun baxımından da hiss edirik. Futbolçuların fərdi keyfiyyətləri baxımından kifayət qədər böyük fərq var. Amma bütün hallarda istəməzdik böyükhesablı məğlubiyyətlə üzləşək".

Hacıyev oyunçuların bacarıqlarını ortaya qoymağa çalışdıqlarını söyləyib: "Amma bu, kifayət etmir. Səviyyə fərqi sözünü deyir. Dünyadakı ən yaxşı futbol akademiyaları ilə üz-üzə gəlirik. "Benfika" və "Kopenhagen"i də buna nümunə göstərmək olar. Qarşıda bizi "Atletik", "Çelsi", "Ayaks", "Napoli" kimi güclü klublar gözləyir. Hamısı yüksək səviyyəli oyunçular yetişdirirlər. Bizim bu gün onlarla müqayisə aparmağımız doğru olmaz. İki il ərzində ölkə çapında milli komanda üçün futbolçular vermişik. Aşağı yaş qruplarından ibarət yığmalarımızda xeyli oyunçumuz var. MDB Oyunlarında finala yüksələn komandada yer alanlardan 11-i "Qarabağ"da çıxış edir. Amma beynəlxalq oyunlar üçün bu kifayət etmir. Sistematik fikirləşmək lazımdır. Ölkədə uşaq futboluna yanaşma dəyişməlidir. Bu, illər, böyük zəhmət, sərmayə, infratruktur tələb edir. Bu gün futbolçulardan UEFA Gənclər Liqasında böyük nəticə gözləmirik. Amma bu, məşqçilərimiz üçün də böyük təcrübədir. Gələcəkdə faydasını görə bilərik".

Qeyd edək ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv ötən gün Bakıda "Kopenhagen"ə 0:5 hesabı ilə uduzub. U-19 I turda səfərdə Portuqaliyanın "Benfika" komandasına isə 1:7 hesabı ilə məğlub olmuşdu.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
18 avqust 2026, 12:31

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə

Futbol
17 avqust 2026, 12:24

"Sumqayıt"ın ev məğlubiyyətləri 100-ə çatdı

Basketbol
17 avqust 2026, 11:20

Neftçi Azərbaycan millisinin gənc basketbolçusunu transfer edib

Futbol
17 avqust 2026, 10:20

Nyukasl „Vilyarreal“dan Jorj Mikautadzeni transfer etməyə çalışır

Futbol
17 avqust 2026, 09:25

Arsenalın baş məşqçisi Mikel Arteta Premyer Liqada çempion titulunu qorumaq haqqında danışdı

Futbol
17 avqust 2026, 09:20

Portuqaliya çempionatında oyun təxirə salınıb

Qarabağ FK
17 avqust 2026, 09:10

Rodriqo 2027-ci ilin əvvəlinə qədər “Real”da meydana çıxa bilməyəcək

Qarabağ FK
17 avqust 2026, 09:00

Qarabağ Şamaxı ilə qarşılaşır

Futbol
17 avqust 2026, 08:40

Arsenalın müdafiəçisi İngiltərə Super Kubokunda ən sərfəli qolun müəllifi olub

Futbol
17 avqust 2026, 08:20

Yuventus Tottenhemin qoluçusunu icarəyə götürür

Futbol
17 avqust 2026, 08:00

Şotlandiya milli komandasının yeni baş məşqçisi Sebastyen Pokonyoli oldu

Futbol
17 avqust 2026, 07:15

Sebastyan Pokonyoli Şotlandiya milli komandasının yeni baş məşqçisi təyin edilib

Futbol
17 avqust 2026, 06:14

Joze Mourinyo yoldaşlıq matçında zərbədən göyəribeb

Futbol
17 avqust 2026, 05:20

Ceymi Vardi Braziliyada karyerasını davam etdirə bilər

Futbol
17 avqust 2026, 04:18

Kriştianu Ronaldu və Corcina Rodrigesin toy mərasimi keçirib

Futbol
17 avqust 2026, 03:13

Mikel Arteta İngiltərə Superkubokunda “Arsenal”ı məğlubiyətə uğratdı

Futbol
17 avqust 2026, 02:05

Pari Sen-Jermen altıncı dəfə Fransa Superkubokunu uduzub

Futbol
17 avqust 2026, 01:47

Latsio İtaliya Kubokundan kənarlaşdı

Futbol
17 avqust 2026, 01:26

Rüfət Abdullazadənin komandası Toto Kubokunun yarımfinalında məğlub olub

Futbol
17 avqust 2026, 01:06

Rəşad Sadıqov “Şəfa” ilə matç haqqında danışdı

Futbol
17 avqust 2026, 00:48

Zirə Şəfanı 2:0 hesabı ilə məğlub etdi

Futbol
17 avqust 2026, 00:48

Zirə „Şəfa“ı məğlub etdi

Futbol
17 avqust 2026, 00:45

Lans Fransa Superkubokunu qazandı

Futbol
17 avqust 2026, 00:25

Türkiyə Superliqası: Nəriman Axundzadə debüt edib, “Beşiktaş” çətin qələbə qazanıb

Oxşar xəbərlər