top
AFFA İcraiyyə Komitəsinin bugünkü - Qərarları Sport24.az
03 iyun 2024, 18:13
- +

AFFA İcraiyyə Komitəsinin bugünkü - Qərarları

Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Sport24.az xəbər verir ki, bu haqda qurumun yaydığı açıqlamada bildirilib.

İclasa sədrlik edən AFFA-nın prezidenti Rövşən Nəcəf qarşıya qoyulan vəzifələrdən və onların icrası istiqamətində görüləcək işlərdən bəhs edib.

Öncə icraçı vitse-prezident Sərxan Hacıyev iclasın gündəliyi barədə məlumat verib.

Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.
İclasda əvvəlcə AFFA-nın 2024-cü il üçün büdcəsi müzakirə edilib. "Qəbələ" İdman Klubuna akademiya və infrastrukturun saxlanılması məqsədilə bir il müddətinə 700 000 (yeddi yüz min) manat maliyyə vəsaitinin ayrılması qərara alınıb. Bu xüsusda "Qəbələ" İK-ya dəstək üçün müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarının, həmçinin hakimlərin Qəbələdə təlim-məşq toplanışlarının keçirilməsi nəzərdə tutulub.

Sonra toplantıda AFFA-nın strategiyası və uşaq futboluna dair məsələlərlə bağlı müzakirələr aparılıb. Strategiyanın yazılması üçün "Double Pass", UEFA və "McKinsey & Company" şirkətləri ilə əməkdaşlıq ediləcək. Bu prosesə yerli mütəxəssislərin də cəlb olunmasının önəmi qeyd olunub.

AFFA İcraiyyə Komitəsinin üzvləri 1-ci və 2-ci Liqada mövcud vəziyyətlə bağlı da müzakirələr aparıblar.

Aşağı yaş qrupu üzrə Azərbaycan milli komandalarının baş məşqçiləri ilə müqavilələrin sentyabr ayına kimi uzadılması barədə qərar verilib. Müvafiq yaş qrupları üzrə milli komandaların baş məşqçiləri həmin vaxt Avropa çempionatının seçmə mərhələsinə hazırlıq və hədəflər barədə hesabat təqdim edəcəklər.

Elxan Abdullayev - U-19
Füzuli Məmmədov - U-18
İlham Yadullayev - U-17
Aqil Nəbiyev - U-16

İcraiyyə Komitəsində Azərbaycan milli komandasının baş məşqçisi ilə bağlı məsələ də müzakirə olunub və növbəti günlərdə bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 11:34

"Gəncə" VK Mətanət Lətifova ilə müqavilə imzaladı

Voleybol
Bu gün, 11:32

"Gəncə" qadın voleybol komandası Mətanət Lətifova ilə müqavilə imzalayıb

Voleybol
Bu gün, 11:28

Olena Napalkova "Gəncə"ni tərk edərək Finlandiya klubuna keçib

Futbol
Bu gün, 11:20

Orxan Hüseynzadə UEFA Çempionlar Liqasının oyununa nümayəndə təyin edilib

Güləş
Bu gün, 11:19

AGF: U-15 güləş millilərinin Avropa çempionluğu sevindiricidir, U-20-də də yaxşı çıxış etdik

Futbol
Bu gün, 11:15

Konfrans Liqası 2025/26: I təsnifat mərhələsinə 2 oyunla start

Futbol
Bu gün, 11:02

"Mançester Yunayted" Amazonun sənədli film təklifindən baş məşqçinin narahatlığına görə imtina edib

Futbol
Bu gün, 11:00

Ramiz Məmmədov "Mingəçevir"ə köhnə tanışını dəvət etdi

Futbol
Bu gün, 10:47

Lionel Messi MLS-də 9-cu dəfə həftənin ən yaxşı oyunçusu seçilib

Futbol
Bu gün, 10:41

"Bavariya" Luis Diasla müqavilə şərtlərini razılaşdırdı

Futbol
Bu gün, 10:40

Luis Dias "Bavariya" ilə razılığa gəlib

Futbol
Bu gün, 10:31

Çempionlar Liqası 2025/2026 mövsümünə I təsnifat mərhələsi ilə start verildi

Futbol
Bu gün, 10:20

"Mançester Yunayted" Ederson üçün "Atalanta"ya təklif göndərdi

Şahmat
Bu gün, 10:19

"Lankaran Open"də ilk tur başa çatdı: Qaliblər müəyyənləşdi

Futbol
Bu gün, 10:10

Klublararası Dünya Çempionatında Yarımfinal Mərhələsinin Startı

Futbol
Bu gün, 10:05

Klublararası dünya çempionatında yarımfinal oyunları başlayır: "Fluminense" - "Çelsi" bu gün

Futbol
Bu gün, 10:00

"Kəpəz" və Vasilije Terziç maliyyə məsələsində razılığa gələ bilmədi

Futbol
Bu gün, 09:56

Honkonqda Kriştiano Ronaldoya həsr olunmuş muzey açılıb

Minifutbol
Bu gün, 09:55

"Azərlotereya" mini-futbol turnirində çempion oldu

Futbol
Bu gün, 09:40

"Nyukasl" Mark Qehiyə göz dikib

Futbol
Bu gün, 09:39

Cud Bellinqemin forması "Real"a Mbappedən və Vinisiusdan daha çox qazandırır

Şahmat
Bu gün, 09:34

Beydullayeva və Məmmədova Dünya Kubokunda Tay-brek Oyunlarına Çıxacaq

Futbol
Bu gün, 09:20

Marko Verratti "Əl-Duhail"lə anlaşıb

Digər
Bu gün, 09:12

Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanmış idmançılar və məşqçilərlə görüşüb, mükafatlar təqdim edib

Oxşar xəbərlər