İtaliyan yarımmüdafiəçi Marko Verratti "Əl-Duhail"lə anlaşıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı futbolçu ilə müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Verratti bundan əvvəl iki mövsüm Qətərin digər təmsilçisi "Əl Ərəbi"nin fomasını geyinib.