top
Adil Şükürovdan hakimlərə çağırış: Məsuliyyəti maksimum anlamalıdırlar Idman.biz
31 mart 2026, 14:18
- ↺ +

Adil Şükürovdan hakimlərə çağırış: Məsuliyyəti maksimum anlamalıdırlar

"Əsas rəqiblərimizlə keçirdiyimiz oyunların heç birində məğlub olmamışıq və inanıram ki, növbəti qarşılaşmalarda da bu seriyanı davam etdirəcəyik. Lakin xal itkilərimizin böyük hissəsi turnir cədvəlində bizdən aşağıda qərarlaşan komandalarla oyunlara təsadüf edib. Son dövrədə bu çatışmazlığı aradan qaldıra bilsək, mövsümün sonunda qarşıya qoyduğumuz hədəfə çatacağıq".

Bu fikirləri "Səbail"in baş məşqçisi Adil Şükürov səsləndirib.

Təcrübəli mütəxəssis "Baku Sportinq"lə keçiriləcək qarşılaşma barədə də danışıb.

"Baku Sportinq"lə oyunumuz olduqca vacibdir. Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik və bunun üçün maksimum gücümüzü ortaya qoyacağıq. Rəqibin turnir cədvəlindəki mövqeyini qorumaq üçün oyuna fəal başlayacağı gözləniləndir və biz buna tam hazır olmalıyıq. Artıq mövsümün həlledici mərhələsidir və qazanılan hər xal xüsusi əhəmiyyət daşıyır. Qarşıda hələ yeddi tur var və bu müddətdə turnir cədvəlində dəyişikliklərin olacağını istisna etmirəm. Birinci Liqada hadisələrin gedişi tez-tez gözlənilməz şəkildə dəyişə bilir. Komanda bu cür matçlara tam hazır olmalıdır. Belə oyunlarda bəzən bir qol və ya hakimin bir qərarı oyunun taleyini müəyyənləşdirir. Buna görə də hakimlər üzərlərinə düşən məsuliyyəti maksimum anlamalıdır. Onların qərarları həm meydanda, həm də kənarda dərhal reaksiyaya səbəb olur", - deyə o, futbolinfo.az-a açıqlamasında deyib.

A.Şükürov komandasının çıxışına da toxunub: "Bəzən qalib gələ biləcəyimiz oyunlarda xal itirmişik, lakin çətin səfərlərdən uğurlu nəticələrlə qayıtmışıq. Birinci Liqada komandaların səviyyəsi, eləcə də bəzi hallarda hakim qərarları nəticələrə ciddi təsir göstərir və gözləntilərin əksinə nəticələr ortaya çıxır. Bununla belə, komandanın oyununda irəliləyiş və dinamikanın artdığını müşahidə edirəm. Sözlərim yanlış anlaşılmasın, məndən əvvəl çalışan həmkarlarımın əməyini kölgədə qoymaq niyyətində deyiləm. Sadəcə hər məşqçinin özünəməxsus yanaşması və tələbləri olur, buna uyğunlaşmaq isə müəyyən vaxt tələb edir. Komanda Premyer Liqadan düşüb və yenidən yüksəlişə nail olmaq bütün kollektiv üçün ciddi məsuliyyətdir. Hər kəs – istər rəhbərlik, istərsə də əməkdaşlar bu məqsəd uğrunda çalışır. Ümid edirəm ki, buna nail olacağıq. Birinci Liqanın özünəməxsus çətinlikləri var və bu, həm futbolçu seçimi, həm motivasiya, həm də hakim qərarları ilə fərqlənir. Bütün bu məqamlara hazır olmaq vacibdir".

Sonda baş məşqçi mövsümün həlledici mərhələsi ilə bağlı fikirlərini bölüşüb: "Mövsümün sonuna az vaxt qalıb və bu mərhələdə fiziki hazırlıq, taktiki düzgünlük və psixoloji dayanıqlıq xüsusi önəm daşıyır. Lakin bütün bunlara təsir edən əsas amillərdən biri də oyunun idarə olunmasıdır. Bəzən bir anda verilən qərar həftələrlə, hətta mövsüm boyu görülən işlərin nəticəsinə təsir edə bilər. Ümid edirəm ki, fikirlərim düzgün anlaşılacaq. Bu gün hakimlərin əksəriyyəti vaxtilə böyük hörmət bəslədiyimiz insanların yetirmələridir, bəziləri isə özümüzün məşqçi kimi çalışdığımız dövrdə futbolçularımız olub. İnanıram ki, onlar hər zaman ədalətli və düzgün qərarlar verəcəklər".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
Bu gün, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
Bu gün, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
Bu gün, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
Bu gün, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
Bu gün, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
Bu gün, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
Dünən, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
Dünən, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
Dünən, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
Dünən, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
Dünən, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
Dünən, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
Dünən, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
Dünən, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
Dünən, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
Dünən, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
Dünən, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
Dünən, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
Dünən, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
Dünən, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
Dünən, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
Dünən, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
Dünən, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər