top
Adil Şükürov: Zədələr və Şəfa ilə oyunöncəsi çətinliklər Idman.biz
12 fevral 2026, 13:10
- +

Adil Şükürov: Zədələr və "Şəfa" ilə oyunöncəsi çətinliklər

"Qeyd etdiyim kimi, komandada zədəli futbolçular var. Onların bu oyunda iştirak etməyəcəyini nəzərə alaraq, heyətin qurulmasında çətinlik yaşayırıq".

Bunu Birinci Liqada mübarizə aparan "Səbail"in baş məşqçisi Adil Şükürov futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Qış fasiləsindən sonrakı ilk oyunda Birinci Liqada səfərdə "Zaqatala" üzərində 1:0 hesablı qələbə qazandınız. Komandanızın sərgilədiyi oyundan tam razı qaldınız?

– Qış hazırlıq dövrü bizim üçün ağır oldu. Komandamızdan aparıcı oyunçumuz Rəhman Hacıyev ayrıldı. Bundan əlavə, təlim-məşq toplanışının sonuna yaxın iki futbolçumuz – Yusif və Zahir zədələndi, bu da "Zaqatala" ilə oyunöncəsi bizi ağır vəziyyətə qoydu. Bu azmış kimi, "Zaqatala" ilə görüşün sonlarında əsas hücumçularımızdan biri olan Emil Qasımov zədələndi. Yüngül zədəli futbolçuları da nəzərə alsaq, komandada 6 nəfər müalicədədir.

– Növbəti oyunda "Şəfa"nı qəbul edəcəksiniz. Qələbə qazana və liderlə aradakı xal fərqini 3-ə endirə biləcəksiniz?

– "Şəfa" yaxşı futbolçulardan formalaşmış komandadır və bu gün yarışda birinci sıradadır. Rəqib komanda şəklində kəsərli hücumlar təşkil edə bilir. Bu isə istənilən komandaya çətinlik deməkdir. Buna baxmayaraq, "Şəfa"da da boşluqlar var və çalışıb həmin boşluqlardan yararlanmaq lazımdır.

– "Şəfa" ilə oyunöncəsi zədəli futbolçuların çoxluğu sizi narahat etməyə bilməz…

– Qeyd etdiyim kimi, komandada zədəli futbolçular var. Onların bu oyunda iştirak etməyəcəyini nəzərə alaraq, heyətin qurulmasında çətinlik yaşayırıq.

– "Səbail"in məqsədi Premyer Liqaya qayıtmaqdır. Bu missiyanın öhdəsindən gələ biləcəksiniz?

– Təbii ki, yarışa qoşulmuş komanda kimi hədəfimiz Premyer Liqaya qayıtmaqdır. Bunu komandada olan hər kəs yaxşı anlayır. Amma bu yarış uzun marafondur. Bizə vacib olan sonda istəyimizə çatmaqdır.

– Çempionluğa oynayan "Səbail"in hazırda 3-cü yerdə olmasının səbəbini nədə görürsünüz?

– Qeyd etdiyim kimi, yarışın sonunda məqsəd Premyer Liqaya qayıtmaqdır. Bunun çempionluq və ya pley-off vasitəsilə olacağı fərq etməz. Əsas məqsədə çatmaqdır.

– Birinci Liqanın hazırkı durumu ilə bağlı ümumi fikriniz necədir? Hazırda bu liqada nəyi ən böyük çatışmazlıq hesab edirsiniz?

– Birinci Liqanın özünəməxsusluğu var. Bu liqada daha çox birəbir mübarizə, uzun ötürmələr və bir neçə başqa amil ön plana çıxır. Standart vəziyyətlər də burada önəmli məsələdir. Çatışmazlıq isə futbolçuların professionallığı ilə bağlıdır. Buna səbəb kimi Premyer Liqa ilə müqayisədə Birinci Liqa komandalarının maliyyə dəstəyinin dəfələrlə aşağı olmasını deyərdim. Çünki bu liqada potensialı olan futbolçular var. Sadəcə, onların məşq bazalarına ehtiyacı var.

Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 23:59

Birayaqlı qapıçının möhtəşəm oyunu sosial mediada viral oldu

Futbol
Dünən, 23:07

"Neftçi" - "İmişli": 6-0 (Videoicmal)

Futbol
Dünən, 22:49

"Sabah"ın futbolçusu Mikels: Çempionluq və bombardir olmaq haqda düşünürəm

Futbol
Dünən, 22:35

Yuri Vernidub: "Avrokuboklarda iştirak etmək üçün səhv etmək şansımız yoxdur"

Cüdo
Dünən, 22:27

Turan Bayramov Tbilisidə "Böyük Dəbilqə"də gümüş medal qazanıb

Futbol
Dünən, 21:58

Emre Can "Borussiya" ilə yeni müqavilə imzalayacaq

Futbol
Dünən, 21:36

Jorj Kaşkilya: "İki oyunda bu qədər qol buraxacağımızı gözləmirdik"

Futbol
Dünən, 21:28

"Zirə-2"-dən "Araz-Naxçıvan-2"-yə darmadağın

Futbol
Dünən, 21:09

"Neftçi" "İmişli"ni böyük hesabla məğlub edib: 6-0

Futbol
Dünən, 21:07

"Neftçi"dən "İmişli"yə darmadağın: 6-0

Futbol
Dünən, 20:59

Alessio Kurçi "Ayın qolu" mükafatını aldı

Futbol
Dünən, 20:33

"Neftçi" - "İmişli" oyununda 4:0 hesabı və qollar

Futbol
Dünən, 20:29

"Kəpəz" - "Qarabağ" Matçının Videoicmalı (1:0)

Futbol
Dünən, 20:28

"Neftçi" - "İmişli" 4:0

Futbol
Dünən, 20:24

"Neftçi" "İmişli"ni 4:0 hesabı ilə məğlub etdi

Futbol
Dünən, 20:18

"Neftçi" - "İmişli" oyununda 3:0 hesabı qeydə alınıb

Futbol
Dünən, 20:14

"Neftçi" - "İmişli" oyununda 3:0 hesabı

Futbol
Dünən, 19:55

Joze Mourinyonun köməkçisi Silvinu Louru vəfat edib

Futbol
Dünən, 19:34

"Neftçi" - "İmişli" oyununda hesab: 3:0

Futbol
Dünən, 19:30

Türkiyə klublarının 2025-2026 mövsümündə UEFA-dan qazandığı məbləğlər açıqlanıb

Futbol
Dünən, 19:30

Son 10 ildə Çempionlar Liqasının 1/4 finalına ən çox vəsiqə qazanan liqalar: La Liqa öndədir

Futbol
Dünən, 19:30

"Neftçi" "İmişli"ni məğlub etdi: Ardıcıl qollar

Futbol
Dünən, 19:25

"Zirə"nin iki futbolçusu Ruanda millisinə dəvət alıb

Futbol
Dünən, 19:20

Arif Əsədov: "Neftçi" üçün uğur çempionluq və kubok qazanmaq deməkdir. - MÜSAHİBƏ

Oxşar xəbərlər