Frankfurt "Ayntraxt"ı Adi Hütterlə anlaşıb. Sport24.az insayder Florian Plettenberqə istinadən xəbər verir ki, o, baş məşqçi psotunda Albert Rieranı əvəz edəcək.
Mənbənin sözlərinə görə, tərəflər artıq hərtərəfli razılığa gəliblər. 56 yaşlı avstriyalı məşqçi ilə müqavilə 2029-cu ilə qədərdir. Rəsmi imzalanma bu gün baş tutacaq.
Almaniya klubunun rəhbərliyi Hütterin təcrübəsindən və nüfuzundan istifadə edərək komandaya sabitlik gətirəcəyini düşünür.
Qeyd edək ki, Hütterin son klubu 2023-cü ildən 2025-ci ilə qədər rəhbərlik etdiyi "Monako" olub.