İtaliyanın \"Milan\" klubu futbolçusu Adrian Rabyonun müqaviləsinin müddətini uzatmaq üçün danışıqlara başlayıb.
\"Report\" xəbər verir ki, bu barədə \"Fichajes\" məlumat yayıb.
31 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsinin müddətinin 2030-ci ilin yayınadək artırılacağı nəzərdə tutulur. Onun hazırkı müqaviləsinin müddəti 2028-ci ildə bitir.
\"Milan\" rəhbərliyi Rabyoya daha yaxşı maliyyə şərtləri təklif edib.
Fransalı futbolçu cari mövsüm \"Milan\"da 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2025-ci ildə Fransa təmsilçisi \"Marsel\"dən bu komandaya keçib.