U-21 milliləri arasında AÇ-2027-nin seçmə oyunları davam edir.
İdman.biz bildirir ki, bu gün C qrupunun üzvləri Estoniya və İslandiya üz-üzə gəliblər. Görüş 1:1 hesabı ilə başa çatıb.
I qrupunda çıxış edən Belarus isə Avstriya ilə öz meydanşasında qarşılaşıb. Oyun 3:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
I qrupunun digər görüşündə isə azarleşkər bolluca qol görüblər. Danimarka səfərdə Ulesi darmadağın edib - 6:2.
***
D qrupunda yarışan Qazaxıstan millisi İngiltərəni qəbul edib.
Aktobe şəhərində keçirilən oyun qonaqların 2:0 hesablı üstünlüyü ilə başa çatıb. Qolları 18-ci dəqiqədə Nvaneri və 23-cü dəqiqədə Cob Bellingem vurublar.
Qazaxıstan millisinin 2 oyundan sonta 3 xalı var. Bir oyundan eyni qədər xal toplamış İngiltərə millisi isə qrup lideridir.
B qrupunda yer alan Azərbaycanın U-21 millisi sabah öz meydançaında Bolqarıstanı qəbul edəcək.
İdman.biz