top
A Seriyası: Yuventus doğma meydanda xal itirdi, Milan səfərdə məğlub oldu - YENİLƏNİR + VİDEO Idman.biz
03 may 2026, 22:10
- ↺ +

A Seriyası: "Yuventus" doğma meydanda xal itirdi, "Milan" səfərdə məğlub oldu - YENİLƏNİR + VİDEO

İtaliya A Seriyasının 35-ci turu çərçivəsində Turin "Yuventus"u öz meydanında "Verona" komandasını qəbul edib. "Alyans" stadionunda baş tutan qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

İdman.Biz xəbər verir ki, oyunda hesabı qonaqlar açıblar. Matçın 34-cü dəqiqəsində Kiron Boui fərqlənərək "Verona"nı önə çıxarıb. Turinlilər bu qola ikinci hissədə cavab verə biliblər. 62-ci dəqiqədə Duşan Vlahoviç rəqib qapısına yol taparaq tarazlığı bərpa edib.

Qeyd edək ki, 35 oyundan sonra aktivində 65 xalı olan "Yuventus" turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Turnir cədvəlinin sonlarında yer alan "Verona" isə 20 xalla 19-cu yerdədir.

19:08

İtaliya A seriyasının 35-ci turunda "Milan" səfərdə "Sassuolo"nun qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, oyunun hələ beşinci dəqiqəsində Domeniko Berardi "Sassuolo"nu hesabda önə çıxarıb. 24-cü dəqiqədə isə qonaqların müdafiəçisi Fikayo Tomori ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Azlıqda qalan "Milan" ikinci hissənin əvvəlində, yəni 47-ci dəqiqədə daha bir qol buraxıb. Bu dəfə Arman Loriente fərqlənərək matçın yekun hesabını müəyyənləşdirib.

Bu məğlubiyyətdən sonra 35 oyundan 67 xalı olan "Milan" turnir cədvəlində üçüncü pillədə qalıb. Hesabındakı xalların sayını 49-a çatdıran "Sassuolo" isə doqquzuncu yerə yüksəlib.

18:06

İtaliya A seriyasının 35-ci turu çərçivəsində keçirilən "Bolonya" - "Kalyari" matçında qalib müəyyənləşməyib. Qarşılaşmada tərəflər qolsuz bərabərliyə razılaşıblar.

İdman.Biz xəbər verir ki, bu nəticədən sonra xallarının sayını 49-a çatdıran "Bolonya" turnir cədvəlinin səkkizinci pilləsinə yüksəlib. "Kalyari" isə 37 xalla 15-ci sırada qərarlaşıb. Meydan sahibləri bu heç-heçə ilə iki oyunluq məğlubiyyət seriyasına son qoyublar.

Növbəti turda "Bolonya" mayın 11-də səfərdə İtaliyanın "Napoli" futbol komandası ilə üz-üzə gələcək. "Kalyari" isə mayın 10-da öz meydanında "Udineze"ni qonaq edəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Oxşar xəbərlər