top
A Seriyası: Napoli - Roma heç-heçəsi, digər oyunların nəticələri - YENİLƏNİB + VİDEO Idman.biz
16 fevral 2026, 01:51
- ↺ +

A Seriyası: "Napoli" - "Roma" heç-heçəsi, digər oyunların nəticələri - YENİLƏNİB + VİDEO

İtaliya A Seriyasının 2025/2026 mövsümünün 25-ci turu çərçivəsində keçirilən "Napoli" - "Roma" matçı başa çatıb.

İdman.Biz xəbər verir ki, qarşılaşmada 2:2 hesablı heç-heçə qeydə alınıb.

Yeddinci dəqiqədə Doniell Malen romalıları hesabda irəli çıxarıb. 40-cı dəqiqədə Leonardo Spinatsola cavab qolunu vurub. 71-ci dəqiqədə Malen penaltini dəqiq yerinə yetirərək "Roma"nın bu oyundakı ikinci qoluna imza atıb. 82-ci dəqiqədə isə Alisson Santos hesabda tarazlığı bərpa edib.

Bu nəticədən sonra "Napoli" 50 xalla turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. "Roma" isə 47 xalla dördüncü yerdədir.

Növbəti turda neapollular fevralın 22-də səfərdə "Atalanta" ilə qarşılaşacaq. "Roma" isə həmin gün öz meydanında "Kremoneze"ni qəbul edəcək.

23:25

"Bolonya" İtaliya A Seriyasının 25-ci turunda səfərdə "Torino"ya qalib gəlib — 2:1.

İdman.Biz xəbər verir ki, oyunun 49-cu dəqiqəsində Nikola Vlaşiç topu öz qapısına göndərib. 13 dəqiqə sonra isə topu rəqib qapısına vuraraq hesabı bərabərləşdirib.

Qonaqların qələbə qolunu 70-ci dəqiqədə Santyaqo Kastro vurub.

"Bolonya" 33 xalla dörd məğlubiyyət seriyasına son qoyaraq səkkizinci pilləyə yüksəlib. "Torino" isə 27 xalla turnir cədvəlində 14-cü yerdədir.

20:32

İtaliya A Seriyasının 25-ci turunda "Parma" "Verona"nı məğlub edib - 2:1.

İdman.Biz xəbər verir ki, meydan sahibləri hesabı erkən açıb. Dördüncü dəqiqədə Adrian Bernabe fərqlənib. Yeddi dəqiqə sonra isə qonaqlar çətin vəziyyətə düşüblər – Qift Orban qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

43-cü dəqiqədə Abdu Arrui penaltidən hesabı bərabərləşdirib.

Görüşün taleyini isə sonluqda vurulan qol həll edib. Mateo Peleqrino "Parma"ya qələbə qazandırıb.

Qələbə sayəsində "Parma" xallarını 29-a çatdırıb və turnir cədvəlində 12-ci pilləyə yüksəlib. "Verona" isə 15 xalla sonuncudur.

Paralel oyunda "Kremoneze" ilə "Genoa" qalib müəyyənləşdirə bilməyib – 0:0. Hər iki komandanın 24 xalı var və 15-16-cı yerləri bölüşdürürlər.

17:48

İtaliya A Seriyasının 25-ci turunda "Udineze" öz meydanında "Sassuolo"nu qəbul edib.

İdman.Biz xəbər verir ki, ev sahibləri hesabı erkən açıblar. 10-cu dəqiqədə Yurgen Ekkelenkampın ötürməsindən sonra Umar Sole fərqlənib.

Fasilədən sonra qonaqlar oyunun gedişini qısa müddətdə dəyişiblər. Əvvəlcə Arman Loryente tarazlığı bərpa edib, növbəti hücumda isə Andrea Pinamonti Ulisses Qarsiyanın ötürməsini başla tamamlayaraq komandasını önə keçirib - 2:1.

"Udineze" künc zərbəsindən sonra Nikolo Bertola ilə qol vursa da, epizod əl oyunu səbəbindən ləğv edilib.

Bu nəticədən sonra hər iki komandanın hesabında 32 xal var və onlar turnir cədvəlində 10-cu pilləni bölüşürlər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:40

Liverpool, Valverde üçün 100 milyon avroluq təklif hazırlayır

Futbol
Bu gün, 16:22

Rodri, Atletiko qarşısında yaralanma səbəbindən oyunu buraxa bilər

Futbol
Bu gün, 16:20

Barcelona itkisindən sonra Rodri yaralanıb – Atletico qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:17

Mingəçevir futbolçuları maaş ödənməməsi səbəbindən boykot etdilər, matç oynamadı

Voleybol
Bu gün, 16:10

Ceyran İmanova: “Turan” komandasının əsas hədəfi qrup mərhələsinə vəsiqə qazanmaqdır

Futbol
Bu gün, 16:00

“Sabah”ın çempionluq play-offa yüksəlmə ehtimalı 6,8%

Futbol
Bu gün, 15:58

FIFA U-15 dünya çempionatında Azərbaycanlı hakimlərə yüksək qiymətləndirmə verildi

Futbol
Bu gün, 15:50

Bruno Fernandeş: "Roma" üzərindəki qələbədən sonra Maykl Karrikin postunu xilas etmək məcburiyyətində deyildik

Digər
Bu gün, 15:35

Aysel Əhmədli Sofiyada WSF Şotokan karate Avropa çempionatının K10 kateqoriyasında qızıl medal qazandı

Futbol
Bu gün, 15:28

Yamal 20 yaşından əvvəl Çempionlar Liqasında ən çox qol vuran futbolçu oldu

Qarabağ FK
Bu gün, 15:22

Nazim Süleymanov: Sabahın Çempionlar Liqası çıxışını dəyərləndirir və gələcək perspektivlərini paylaşır

Futbol
Bu gün, 15:11

Toral Bayramov: "Sabah" komandasının Norveçin "Viking"ini məğlub edəcəyinə inanıram;

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Futbol
Bu gün, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Oxşar xəbərlər