top
A Seriyası: Napoli ÇL-də, İnter xal itirdi, Bolonya, Kalyari və Roma qalib gəldi Idman.biz
18 may 2026, 01:18
- ↺ +

A Seriyası: "Napoli" ÇL-də, "İnter" xal itirdi, "Bolonya", "Kalyari" və "Roma" qalib gəldi

İtaliya A Seriyasının 37-ci turunda bir sıra maraqlı qarşılaşmalar keçirilib.

İdman.Biz xəbər verir ki, "Kremoneze" səfərdə "Udineze"ni minimal hesabla məğlub edib - 1:0.

Oyundakı yeganə qolu matçın əvvəlində Ceymi Vardi vurub.

Bu qələbədən sonra "Kremoneze" xallarının sayını 34-ə çatdırıb və turnir cədvəlində 18-ci pillədə qərarlaşıb. Mövsümün sonuna bir tur qalmış komanda təhlükəsiz zona ilə aradakı fərqi bir xala endirib. "Udineze" isə 50 xalla 10-cu sıradadır.

Paralel oyunlarda "Kalyari" "Torino" üzərində 2:1 hesablı qələbə qazanıb.

"Leççe" isə dramatik matçda "Sassuolo"nu 3:2 hesabı ilə məğlub edib.

Turun digər diqqətçəkən qarşılaşmasında "Bolonya" səfərdə "Atalanta"ya qalib gəlib - 1:0.

Oyunun taleyini 78-ci dəqiqədə meydana sonradan daxil olan Rikkardo Orsolini həll edib.

Bu nəticədən sonra "Bolonya" 55 xalla turnir cədvəlində 8-ci pilləyə yüksəlib. "Atalanta" isə 58 xalla 7-ci sırada qalıb.

19:14

İtaliya A Seriyasının 37-ci turunda "İnter" doğma meydanda "Verona" ilə heç-heçə edib.

İdman.Biz xəbər verir ki, "Cüzeppe Meazza" stadionunda keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Oyunda hesab ikinci hissənin əvvəlində açılıb. 47-ci dəqiqədə "Verona"nın müdafiəçisi Andrias Edmundsson topu öz qapısına göndərərək "İnter"i hesabda önə keçirib.

Milan təmsilçisi qələbəyə yaxın olsa da, qonaqlar son anda bərabərlik qolunu vurublar. 90+1-ci dəqiqədə Kiron Boui fərqlənərək "Verona"ya vacib xal qazandırıb.

37 turdan sonra "Verona" 21 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb. Çempionluğu vaxtından əvvəl təmin edən "İnter" isə 86 xalla liderliyini davam etdirir.

16:20

İtaliyanın "Napoli" futbol komandası A Seriyasının 37-ci turunda vacib qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, Antonio Kontenin komandası səfərdə "Piza"nı 3:0 hesabı ilə məğlub edib. Bu nəticə Neapol təmsilçisinin növbəti mövsüm Çempionlar Liqasında iştirakını rəsmiləşdirib.

Qonaqlar ilk hissədə üstünlüyünü iki qolla möhkəmləndirib. 10-cu dəqiqədə Skott Maktominey hesabı açıb. Daha sonra Amir Rrahmani fərqi artırıb və "Napoli" fasiləyə rahat üstünlüklə yollanıb.

İkinci hissədə Kontenin komandası oyunu nəzarətdə saxlayıb. "Napoli" topa daha çox sahib olub, lakin hücumda artıq riskə getməyib. Buna baxmayaraq, görüşün sonlarında Rasmus Hoylunn komandasının üçüncü qolunu vuraraq yekun hesabı müəyyənləşdirib.

Bu qələbədən sonra "Napoli" 37 oyuna 73 xalla A Seriyasında ikinci pillədəki mövqeyini qoruyub. "Piza" isə daha əvvəl elitadan düşməklə barışıb və 20-ci yerdə qalıb.

16:07

İtaliyanın "Roma" futbol komandası A Seriyasının 37-ci turunda paytaxt derbisində "Latsio"ya qalib gəlib.

İdman.Biz xəbər verir ki, Romanın "Olimpiko" stadionunda keçirilən görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Roma"nın hər iki qolunu Canluka Mançini vurub. Müdafiəçi 40-cı dəqiqədə hesabı açıb, 66-cı dəqiqədə isə künc zərbəsindən sonra ikinci dəfə fərqlənərək dubl edib.

Bu nəticədən sonra "Roma" 37 oyuna 70 xal toplayıb. Komanda A Seriyasının turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. "Latsio" isə 51 xalla doqquzuncu sıradadır.

Sonuncu turda "Roma" səfərdə "Verona" ilə qarşılaşacaq. "Latsio" isə öz meydanında "Piza"nı qəbul edəcək. A Seriyasının 38-ci turunun oyunları 24 mayda keçiriləcək.

Eyni turda "Komo" öz meydanında "Parma"nı qəbul edib. Meydan sahibləri görüşün birinci hissəsində üstünlüyə malik olsalar da, həlledici tamamlayıcı zərbə çatışmayıb. Lakin ikinci hissənin əvvəlində "Parma"nın müdafiəsi səhvə yol verib. "Komo" məhsuldar hücum təşkil edib və bundan sonra Alberto Moreno qol vurub.

"Komo" aktivinə 68-ci xal yazdırıb. Klub A Seriyasının turnir cədvəlində beşinci pillədədir. "Parma"nın 42 xalı qalıb. Komanda 13-cü sırada qərarlaşıb.

Paralel keçən oyunda "Cenoa" öz meydanında "Milan"la qarşılaşıb. Bu matçın birinci hissəsində heç kim qol vura bilməyib. Lakin ikinci hissədə vəziyyət dəyişib. 51-ci dəqiqədə Kristofer Nkunkunun penaltini dəqiq yerinə yetirməsindən sonra "rossonerilər" hesabı açmağa müvəffəq olub. 81-ci dəqiqədə qonaqların heyətində Zakari Atekame qol vurub. "Cenoa"nın heyətində isə bu görüşdə son nöqtəni Xoan Vaskes qoyub.

"Rossonerilər" bu qələbədən sonra xallarının sayını 70-ə çatdırıb və A Seriyasının turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. "Cenoa"nın aktivində 41 xal var və komanda 14-cü sıradadır.

37-ci turun digər matçında "Yuventus" "Fiorentina"nı qəbul edib. Turində tabloda sıfırlar 34-cü dəqiqəyədək qalıb, daha sonra Ndur Florensiya təmsilçisini önə keçirib.

"Qoca sinyora" hesabı bərabərləşdirmək üçün irəli atılıb və rəqib qapısı qarşısında müntəzəm olaraq təhlükəli vəziyyətlər yaradıb. 70-ci dəqiqədə meydan sahibləri qol vursalar da, VAR-ın müdaxiləsindən sonra qeydə alınan oyundankənar vəziyyətə görə qol hesaba alınmayıb.

83-cü dəqiqədə "Fiorentina" ikinci qolu təşkil edib - Mandraqora fərqlənib. Az sonra top yenidən "Yuventus"un qapısından keçib, lakin bu dəfə də qol oyundankənar vəziyyətə görə ləğv olunub.

Yekun hesab - 0:2. "Fiorentina" (41 xalla 15-ci pillə) turnir motivasiyası olmadan belə səfərdə "Yuventus"a qalib gəlib və bu, sensasiya olub. "Qoca sinyora" 68 xalla üçüncü yerdən altıncı pilləyə enib və Çempionlar Liqasından kənarda qalmaq riski ilə üzləşib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Dünən, 20:58

Qarabağ məşqçisi Qurban Qurbanov: “Zirə ilə 3:1 qalibiyyəti, milli oyunçuların yüklənməsi və gələcək qarşılaşmalar üçün möhkəm hazırlıq vacibdir”

Futbol
Dünən, 20:17

Litva millisinin baş məşqçisi: “Biz Bakıdakı matça qələbə ilə çıxacağıq”

Futbol
Dünən, 20:14

Azərbaycan U-20 millisi Moldovaya qarşı 1:0 məğlubiyyət aldı;

Futbol
Dünən, 19:56

“Qəbələ” Yapon U‑20 yığmasına 1:3 hesabı ilə məğlub oldu

Futbol
Dünən, 17:45

Rahid Əmirquliyev: Heyətin potensialı qələbələrə yol açır

Futbol
Dünən, 16:30

“Qəbələ” heyətinə albaniyalı yarımmüdafiəçi Endri Çekiçi qatıldı

Gimnastika
Dünən, 11:25

İtaliyada keçirilən 5-ci Aere Trampoline Cup turnirində Azərbaycan gimnastları beş qızıl və bir gümüş medal qazandı

Futbol
Dünən, 11:12

Müdafiəçi Rüfət Abbasov: "Yalnız qələbə üçün hazırıq"

Futbol
Dünən, 11:07

Ayxan Abbasov: Litva qarşısında daha yaxşı oyun göstərməliyik

Futbol
Dünən, 09:00

U-20 millimiz Qəbələdə Moldova ilə yoldaşlıq oyunu keçirir

Futbol
Dünən, 08:00

Liverpool, Alman futbolçu Florian Wirtzi performansını yaxşılaşdırmasa, 2027-ci ildə transferə çıxara bilər

Futbol
Dünən, 05:10

Barcelona Artur Diasın transferi üçün Rafinha’dan kömək gözləyir

Futbol
Dünən, 03:18

Juventusun Bruno Fernandesi transferi üçün 50‑60 milyon avro tələb – ciddi maliyyə maneəsi

Futbol
Dünən, 02:14

Edin Çeko milli komandadakı son oyununu fəxri dəhlizlə başa çatdırdı

Futbol
Dünən, 01:38

Levandovski 7 il sonra Polşa millisində hat-trik vurdu

Futbol
Dünən, 01:02

Tottenham və Liverpool Kaoru Mitomanı transfer üçün maraqlandırır

Futbol
Dünən, 00:43

Luis de la Fuente, Ronaldun Portuqaliya millisinin düşərgəsini tərk etməsi barədə şərh verməkdən imtina etdi

Futbol
02 oktyabr 2026, 22:55

U-20 milli komanda baş məşqçisi: Yolumuz hələ əvvəlində, Moldova ilə dostluq matçı yaxınlaşır

Futbol
02 oktyabr 2026, 21:58

Nunu Mendeş, Ronaldun milli komandadan ayrılmasına münasibətini açıqladı

Minifutbol
02 oktyabr 2026, 21:26

U-19 futzal millimiz Xorvatiya, Ukrayna və Yunanıstanla bir qrupda

Futbol
02 oktyabr 2026, 20:57

PSJ hücumçusu Ferran Torres İspaniya millisində zədələnib

Basketbol
02 oktyabr 2026, 20:38

Sumqayıt, NTD-ni 111:94 hesabı ilə məğlub etdi;

Futbol
02 oktyabr 2026, 17:31

Neftçi dostluq oyununda Araz‑Naxçıvanı 2‑0 məğlub etdi

Futbol
02 oktyabr 2026, 16:45

U-20 milli komandamızın heyətində Həzrət Səmədovun zədə səbəbindən çıxması

Oxşar xəbərlər